Mojo.az Banner
23:00 Epşteynin sağ olduğu iddia edildi  |     22:56 Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı (Video)  |     22:45 Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - Video  |     22:33 "Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK  |     22:12 Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb  |     22:08 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)  |     22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |    
Left Banner
Right Banner

Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək

13.01.2026 18:47 159
Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək
Misir Mərdanov kafedra müdiri postunda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı əvəzləyəcək. 

Etibarlı mənbələrdən Modern.az-a daxil olan məlumata görə, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.
 
Məlumata əsasən, o, hazırda boş qalan kafedralardan birinə rəhbərlik edəcək. Söhbət daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi Hesablama riyaziyyat kafedrasından gedir. Bildirilir ki, Misir Mərdanov məhz bu kafedranın müdiri kimi fəaliyyətə başlayacaq.
 
Mənbələrin verdiyi informasiyaya görə, onun təyinatının indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim və "Ramiz Mehdiyev işi"dir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir. Universitetə yaxın mənbələr də bu məlumatı təsdiqləyirlər.
 
Qeyd edək ki, Misir Mərdanov uzun illərdir Azərbaycan elmi və təhsil ictimaiyyətində tanınmış simalardan biridir. O, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində ali təhsil alıb. Daha sonra elə həmin fakültədə uzun müddət pedaqoji və inzibati fəaliyyət göstərib. 1978–1989-cu illərdə isə M. Mərdanov Mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində çalışıb. BDU-da sonuncu iş yeri rektor vəzifəsi olub.
Məhz bu səbəbdən onun yenidən Mexanika-riyaziyyat fakültəsinə qayıdacağı gözləntilər sırasındadır.
 
Məlumat üçün bildirək ki, Mexanika-riyaziyyat fakültəsinin tərkibində hazırda 9 kafedra fəaliyyət göstərir. Hazırda onlardan yalnız Hesablama riyaziyyat kafedrasının rəhbəri vəzifəsi boşdur. Bu kafedraya bir müddət əvvələdək Qalina Mehdiyeva rəhbərlik edirdi. Onun işdən çıxarılmasından sonra isə bu strukturda rəhbərlik məsələsi açıq qalıb.скачать dle 11.3