Mojo.az Banner
23:00 Epşteynin sağ olduğu iddia edildi  |     22:56 Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı (Video)  |     22:45 Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - Video  |     22:33 "Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK  |     22:12 Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb  |     22:08 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)  |     22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |    
Left Banner
Right Banner

2026-cı ilin ilk dövlət qulluğu imtahanı: 1500-ə yaxın namizəd iştirak edəcək

13.01.2026 18:21 183
2026-cı ilin ilk dövlət qulluğu imtahanı: 1500-ə yaxın namizəd iştirak edəcək
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il yanvarın 15-də dövlət qulluğu vəzifələri üzrə növbəti test imtahanlarının keçiriləcəyini açıqlayıb.

İmtahanlar dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına, həmçinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə təşkil ediləcək.

Bildirilib ki, imtahanlar saat 10:00 və 16:00-da başlayacaq. Namizədlərin diqqətinə çatdırılıb ki, imtahanın başlanmasından 15 dəqiqə öncə (müvafiq olaraq saat 09:45 və 15:45) imtahan binasına gəlməyənlər binaya buraxılmayacaqlar.

Qeyd edək ki, imtahanlar üçün qeydiyyat prosesi 2025-ci il dekabrın 19-dan 2026-cı il yanvarın 4-dək davam edib və bu müddət ərzində 1 489 namizəd iştirak üçün ərizə təqdim edib. Bu rəqəm dövlət qulluğu vəzifələrinə marağın yüksək olduğunu bir daha təsdiqləyir. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər artıq DİM-in rəsmi internet saytına (dim.gov.az) daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Buraxılış vərəqələrində namizədlər üçün imtahanın keçiriləcəyi yer, vaxt, bina və digər vacib məlumatlar qeyd olunub. İmtahana gələrkən namizədlər mütləq şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni özləri ilə gətirməlidirlər.

İmtahanlar elektron formada, müasir kompüter texnologiyalarından istifadə edilməklə, Bakı və Naxçıvan şəhərlərində ümumilikdə iki binada təşkil olunacaq. İmtahanların şəffaf və nizam-intizamlı keçirilməsi üçün iki ümumi imtahan rəhbəri, 16 zal admini, 97 nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.скачать dle 11.3