Mojo.az Banner
11:28 Bakıda nəhəng monitor qadının üstünə aşdı - Video  |     11:25 Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı  |     23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA “Zeytun Park” MMC-yə məxsus bazarda nöqsanlar aşkarladı - Video

13.01.2026 15:20 390
AQTA “Zeytun Park” MMC-yə məxsus bazarda nöqsanlar aşkarladı - Video
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən “Zeytun Park” MMC-yə məxsus “Nar Kəndli” bazarında və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.

Agentlikdən verilən məlumata görə, yoxlamalar zamanı bazar daxilində fəaliyyət göstərən ət satış obyektində ət və ət məhsullarının temperatur rejiminə əməl edilmədən, işlək olmayan soyuducu avadanlıqlarda və baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Həmçinin bazar ərazisində balıqların saxlanılması və kəsimi üçün qanunsuz təşkil olunmuş sahələr aşkarlanıb, kəsim və satışın antisanitar şəraitdə aparıldığı məlum olub.

Baxış zamanı diri və ölü balıqların uyğun olmayan məişət tipli vannalarda birlikdə saxlanıldığı, ölü balıqların vaxtında kənarlaşdırılmadığı, suyun müntəzəm dəyişdirilmədiyi, balıq məhsullarının açıq hava şəraitində və soyuducu avadanlıq olmadan satışa çıxarıldığı faktları qeydə alınıb.

Eyni zamanda süd və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, markalanma tələblərinə əməl edilmədiyi, saxlanma şəraiti və son istifadə müddəti barədə məlumatların göstərilmədiyi, eləcə də ev üsulunda hazırlanmış, etiket məlumatları olmayan müxtəlif növ turşuların satışa təqdim edildiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib. Qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner