Mojo.az Banner
23:02 "Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət  |     22:57 Çimərlikdə qıcolma olarsa, ilk nə etməlisiniz? - Həkimdən açıqlama  |     22:51 Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı  |     22:44 Bu kartofu yesəniz zəhərlənə bilərsiniz - Mütəxəssislər xəbərdarlıq etdi  |     22:39 ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər - XƏBƏRDARLIQ  |     22:31 Təhsil tələbə kreditinə müraciət başladı - ŞƏRTLƏR  |     22:26 İlin son Günəş tutulması bu ay olacaq  |     22:20 Bakıda 100-dən çox küçə və prospekt təmir edilir  |     22:12 İspaniyaya miqrant axınının iki səbəbi açıqlandı  |     22:07 İstanbulda torpaq sürüşməsi oldu - Uçqun altda qalanlar var  |     21:59 "Azərbaycanla güclü münasibətlər qurmalıyıq" - Zelenski  |     21:55 Lənkəranda açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB  |     21:43 Yaşayış yerini dəyişdiyinə görə işdən çıxdı  |     21:35 Özbəkistan iki kəndi Qırğızıstana təhvil verdi  |     21:30 Ermənistan parlamentinin yeni spikeri seçildi  |     21:21 Manat möhkəmlənir: Ucuzlaşma gözləmək olarmı?  |     21:14 Sabah 38 dərəcə isti olacaq  |     21:09 Faydalı görünsə də, ürəyə zərər verə bilər - 4 məşhur məhsul  |     21:02 Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?  |     20:51 Dənizdə nəzarətsiz ərazidə BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan batdı  |    
Left Banner
Right Banner

BDYPİ xəbərdarlıq edir: Dəyişən hava şəraiti qəzalara səbəb ola bilər

13.01.2026 11:35 252
BDYPİ xəbərdarlıq edir: Dəyişən hava şəraiti qəzalara səbəb ola bilər
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin son proqnozlarına görə, qarşıdakı günlərdə ölkə ərazisində hava dəyişiklikləri gözlənilir. Yağıntılı hava şəraitinin yaranması ilə bağlı yollarda görünüş məsafəsinin kəskin məhdudlaşacağı barədə xəbərdarlıq edilib. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu təbii amillərin yaratdığı riskləri nəzərə alaraq, bütün yol hərəkəti iştirakçılarını xüsusi diqqətli olmağa və təhlükəsizlik tədbirlərinə ciddi yanaşmağa çağırıb.

Median.Az-ın əldə etdiyi məlumata görə, BDYPİ tərəfindən hazırlanmış xüsusi xəbərdarlıqda, dumanlı və yağıntılı hava şəraitində yollarda təhlükəsizliyin təmin edilməsi üçün bir sıra vacib tövsiyələr verilib.

Sürücülər üçün xüsusi təhlükəsizlik tədbirləri aşağıdakı kimi müəyyən edilib:

"- Hərəkət sürəti yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz ara məsafəsi və interval mütləq qorunmalıdır;

- Kəskin manevrlərdən, qəfil əyləcləmədən və əsassız ötmələrdən çəkinilməlidir;

- Nəqliyyat vasitəsinin şüşələrinin, faralarının və işıq siqnallarının təmiz və saz vəziyyətdə olmasına diqqət yetirilməlidir.

- Nəqliyyat vasitəsinin yaxın işıqları və ön-arxa qabarit işıqları daim yanılı vəziyyətdə saxlanılmalıdır;

- Görünmə məsafəsi kəskin azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət olduqda istifadə edilməlidir;

- Qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətini zəiflətdiyi üçün zərurət olmadıqda uzaq işıqlardan istifadə etmək yolverilməzdir".

Piyadalar üçün də xüsusi tövsiyələr verilib. Onlar məhdudiyyətli görünmə şəraitində sürücülərin onları vaxtında seçə bilməsi üçün qabaqlayıcı tədbirlər görməli, mümkün qədər işıqqaytarıcı elementlərdən istifadə etməli, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli və əlverişsiz havalarda daha diqqətli davranmalıdırlar.

"Hörmətli yol hərəkəti iştirakçıları! Unutmayaq ki, qaydalara əməl edərək həm özünüzü, həm də digər hərəkət iştirakçılarını qorumuş olursunuz", - deyə BDYPİ-nin xəbərdarlığında deyilib.скачать dle 11.3
Mojo.az Banner