Mojo.az Banner
23:00 Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi  |     22:40 Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?  |     22:29 Dünyanın ən populyar avtomobili seçildi - TOP-10  |     22:22 İranda 200-dən çox silahlı etirazçı saxlanılıb  |     22:14 Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq  |     22:08 Gürcüstanda turistlər qar uçqunu altında qaldı  |     22:01 Tanınmış alim Mustafa Qarayev vəfat etdi  |     21:56 Bakıda moped və motosiklet oğruları saxlanıldı  |     21:44 "Zibilin iyindən evdə yata bilmirik" - Bakıda baxımsız qalan park (VİDEO)  |     21:37 Kameraları sındırıb ödəmə terminallarından oğurluq edirmiş - Analoji cinayət  |     21:29 Zaqatalada maşın aşdı, ölən var  |     21:22 Xəzərin durumu balıq bazarını silkələyir  |     21:17 Tibbi-meteoroloji proqnoz açıqlanıb  |     21:08 İranın təhlükəsizlik qüvvələrinin əməkdaşları idmançını güllələyərək öldürüb  |     20:54 Ötən gün itkin düşmüş 5 nəfər tapılıb  |     20:46 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     20:37 Ağcabədi və Bərdədə mağazadan oğurluq edən şəxs saxlanılıb  |     20:30 "Apple"ı şoka salan mənzərə: iOS 26 niyə "zirzəmidə" qaldı?  |     20:24 İndoneziya "Grok" çat-botunu cinsi məzmun səbəbindən bloklayıb  |     20:16 Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb  |    
Left Banner
Right Banner

Həkimin kompüterindən dinləmə cihazı tapılıb? - ETTBİ-də qalmaqal (FOTO)

09.01.2026 18:39 285
Həkimin kompüterindən dinləmə cihazı tapılıb? - ETTBİ-də qalmaqal (FOTO)
“Çalışdığım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda kompüterimdən dinləmə cihazı tapılıb”.

Median.Az
xəbər verir ki, bu iddianı həkim-radioloq Ramil Abdullayev Lent.az-a müraciətində irəli sürüb.

R.Abdullayev ETTBİ-nin direktoru Mətanət Əfəndiyevanın ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etdikdən sonra aralarında problem yarandığını bildirib: “Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqustunda direktor Mətanət Əfəndiyeva mənə dedi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, “sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur”. Hadisədən sonra qanunsuz olaraq mənə gün ərzində 25 xəstədən çoxunu müayinə etməmək limiti təyin olundu. Saat 11-12-yə qədər 25 xəstəni yoxlayırdım. Şəhid ailələri, qazilər gəldikdə isə onlara talon vermirdilər ki, direktorun göstərişi var. Xəstələrin Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığortaya şikayətlərindən sonra bu limit üstümdən götürüldü. Oktyabrın 9-u kabinetimdəki kompüterin təmiri zamanı prosessorun içərisindən səsdinləyici qurğu çıxdı. Onu kompüterimə rəhbərlik yerləşdirib. Bundan sonra mənə qarşı təzyiqlər davam etdi, lakin dinləmə cihazı tapıldığını heç kimə söyləmədim. Otağımın iki açarı var, biri məndə, digəri isə təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidədir. Bu hadisədən sonra otağımın qarşısına kamera quraşdırdım.

Oktyabrın sonunda məzuniyyətə olarkən əlavə rentgen həkimi ştatı açıldı və noyabrda saxta müsabiqə əsasında daha təcrübəli namizədlər olmasına baxmayaraq, şöbə müdiri Şəfiqə Əliyevanın rəfiqəsini işə götürdülər. Bu cür saxta müsabiqələrin, ştatların açılması ilk hal deyil. Dəfələrlə pul alıb, işə adam götürüblər”.


Sözügedən həkim rəhbərlik tərəfindən xüsusi öyrədilmiş şəxsin ona hücum etdiyini də iddia edib: “Dekabrın 24-ü İntizam Komissiyasının iclası keçirildi. Mən kabinetə qayıdan zaman rəhbərlik tərəfindən öyrədilmiş, xəstəxananın texniki işçisi Əjdər Əjdərov mənə və atama hücum etdi. Onların məqsədi o idi ki, mən özümü idarə edə bilməyib, həmin adama nə isə müdaxilə edim.

Dekabrın 25-i qanunsuz iclas keçirilərək, qərara alındı ki, mən işdən çıxarılım. Səbəb olaraq kamera quraşdırmağımı əsas gətirirlər. Həmin iclasdan sonra evə gələndə hipertonik kriz keçirdim, hələ də müalicə alıram. Bülletendə olduğuma görə direktor əmrimi verə bilmir”.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva iddiaları təkzib edib: “Ramil həkim iclasda işdən çıxarıldığını bildirir, bu, yalandır. İclasda heç kim işdən çıxarılmır, orada təkliflər olunur, hər kəs öz fikrini deyir. Görünür Ramil həkim işçilərin əmrlə çıxarıldığını bilmir. Durduq yerdə ona əmr verə bilmərəm. Onun işdən çıxarılması üçün zərurət yaransa, məsələni Nizam-intizam Komissiyasına veririk ki, araşdırsınlar. Bura mənim özəl klinikam deyil ki, istəmədiyim insanı işdən çıxarım. Dövlət müəssisəsində kimsə kimisə işdən çıxara bilər?! Mən də öz həddimi bu qədər aşa biləcək insan deyiləm. Qanunsuz addım atmaram heç vaxt.

Ramil hələ də bizim işçimizdir. İclasdan sonra o özünə xəstəlik vərəqəsi açdırıb. Hadisədən sonra onun səhhətində, bəlkə də, problem yaranıb. Mənə maraqlı gəlir ki, bu insan hələ də xəstədirsə, səhhətində problem varsa, durmadan sosial şəbəkələrdə videolar paylaşır, xarici ölkələrə informasiya göndərir. Çıxışlarından da xəstə adama oxşamır.

Səsdinləmə cihazına gəldikdə isə mən həyatımda elə bir cihaz görməmişəm. Təsəvvürümə gətirə bilmirəm ki, prosessorun içərisinə o necə qoyula bilər? Prosessorun açılıb-açılmamasını başqa qurumlardan olan mütəxəssislərə həvalə edib bilmək olar. Ramil həkim deyir ki, cihaz budur. Gətirib göstərsin, barmaq izlərini yoxlatdıraq, görək bu, qurma hadisədir, yoxsa direktor iş-gücünü atıb Ramillə məşğul olub?!”
скачать dle 11.3