Mojo.az Banner
18:30 Bəzi yerlərdə intensiv yağış yağır - FAKTİKİ HAVA  |     18:25 Azərbaycanda tələbə qəfil vəfat etdi  |     18:24 Baş nazir Əli Əsədov Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     18:16 Bakıda kirayə qiymətləri niyə artır? - Ekspert səbəbləri açıqladı  |     18:13 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ  |     18:05 Günəşdə güclü partlayışlar qeydə alınıb  |     17:13 Ötən il səkkiz mindən çox ailə barışıb  |     16:58 İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi  |     16:53 Eldar Əzizov: Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır  |     16:48 5 gün yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  |     16:34 Dənizkənarı bulvarın uzunluğu 25 kilometrə çatdırılacaq  |     16:29 Eldar Əzizov Bakıdakı güclü yağışlardan DANIŞDI  |     16:19 Gələn həftə 5 gün iş olmayacaq  |     16:17 Maşınında silah tapılan "Dalğa Plaza"nın mühafizəçisi cəzalandırıldı  |     16:16 İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM  |     16:11 Azərbaycanda bu kanallar cəzalandırıldı  |     16:08 Aliment ödəməkdən yayınan valideynlərin sayı açıqlandı  |     16:03 Taliban yetkinlik yaşına çatmayanlarla bağlı nikahları qanuni sayan yeni qaydaları təsdiqləyib.  |     15:39 Pensiyaçılara ŞAD XƏBƏR: Tarix açıqlandı  |     15:20 İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər  |    
Left Banner
Right Banner

Tacikistanın beynəlxalq axtarışa verdiyi şəxsi Azərbaycan ölkəsinə qaytardı

09.01.2026 12:50 408
Tacikistanın beynəlxalq axtarışa verdiyi şəxsi Azərbaycan ölkəsinə qaytardı
Dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, Tacikistan Respublikasının vətəndaşı Muxammadnido Nazarmuxammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Muxammadnido Nazarmuxammadzoda 2025-ci ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.скачать dle 11.3
Mojo.az Banner