Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Vahid Kommunal Xidmətlər" altsistemi nə vaxtdan tətbiq olunacaq?

09.01.2026 11:08 657
"Vahid Kommunal Xidmətlər" altsistemi bu il mərhələli şəkildə tətbiqi olunacaq.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, Prezident İlham Əliyevin 12 avqust 2025-ci il tarixli, 472 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Elektron Hökumət İnformasiya Sistemi haqqında" Əsasnaməyə əsasən, "Vahid Kommunal Xidmətlər" altsistemi pilot layihə çərçivəsində hazırlanıb və ilkin sınaqlardan keçirilib:

"Hazırda kommunal xidməti təchizatçıları ilə birgə pilot layihənin əhatə dairəsinin genişləndirilməsi və məlumat çirkliliyinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Cari il ərzində altsistemin mərhələli şəkildə tətbiqi nəzərdə tutulub".

Agentlik qeyd edib ki, ən çox tələb olunan 10 vətəndaşyönümlü kommunal xidmət artıq "MyGov" platformasına inteqrasiya edilib:

"Eyni zamanda, kommunal xidmətlərlə bağlı ödənişlər də platforma üzərindən həyata keçirilir və bu istiqamətdə də işlər davam etdirilir. "Vahid Kommunal Xidmətlər" altsistemi isə bütün kommunal operatorları əhatə edən, məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması, monitorinq və analitik təhlil aparılması, proqnozların hazırlanması və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi funksiyalarını yerinə yetirəcək. Gələcəkdə vətəndaşlar sözügedən bütün kommunal xidmətlərə vahid pəncərə olaraq yenə də "mygov" platforması üzərindən rahat çıxış əldə edəcək".скачать dle 11.3
Mojo.az Banner