Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Astarada kişi siqaret almağa getməyən uşağa xəsarət yetirdi

07.01.2026 13:59 474
Astarada kişi siqaret almağa getməyən uşağa xəsarət yetirdi
Astara rayonunda kişi qardaşının 10 yaşlı oğluna xəsarət yetirib.

Hadisə Astara şəhəri ərazisində baş verib.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Elnur Ağayev (soyad şərtidir) spirtli içki qəbul edərək evə gəlib. O, evdə qardaşının 2015-ci il təvəllüdlü oğlunu çağırıb ona siqaret almaq üçün mağazaya getməsini tapşırıb. Qardaşı oğlu isə mağazaya getməkdən imtina edib. Bildirib ki, o, azyaşlı olduğu üçün ona marketlər siqaret vermirlər. Uşağın cavabından əsəbiləşən Elnur stolun üstündəki fincanı götürərək ona atıb. Fincan divara dəyərək qırılıb, qırıqları uşağın çiyin və sifət nahiyəsinə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər, Elnur saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olduğundan cinayət işinə xitam verilib.
//oxu.az

Son xəbərlər