Bakıda qəza zamanı üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın VƏZİYYƏTİ AÇIQLANDI
Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan bildirilib ki, Sərxan Hüseynlinin müalicəsi Pediatrik reanimasiya şöbəsində davam etdirilir.
"Vəziyyəti orta ağır olaraq qalır", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, hadisə dekabr ayının 25-də Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verib.
