Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

AZAL təyyarəsinin qəzası ilə bağlı məktub üzə çıxdı: Məsuliyyət daşıyanlar cəzasız qalacaqlar? (FOTO)

06.01.2026 20:43 708
AZAL təyyarəsinin qəzası ilə bağlı məktub üzə çıxdı: Məsuliyyət daşıyanlar cəzasız qalacaqlar? (FOTO)
"2025-ci ilin dekabrında Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib".

Bu barədə anonim istifadəçi tərəfindən "BT News" "Telegram" kanalına göndərilən sənəddə bildirilir.

Sənədin, əslində, Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktub olduğu iddia edilir.

Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür: Rusiya İstintaq Komitəsi, əslində, günahı "hava şəraiti"nin üzərinə yıxır və bu əsasla cinayət işinə xitam verir. Niyə görə onlarla insanın ölümünə görə məsuliyyət daşıyanlar cəzasız qalmalıdırlar? Axı faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir.

AZAL təyyarəsi "Pantsir-S1" hava hücumundan müdafiə sisteminin işə düşməsi nəticəsində zədə alıb və sonradan Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Bu sənədin məzmunu Vladimir Putinin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində qəzaya uğradığını etiraf etmiş və "bu cür vəziyyətlərdə nə lazımdırsa, onu etməyə" hazır olduğunu bildirmişdi.

Lakin "nə lazımdırsa", ilk növbədə, günahkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi deməkdir. Cinayət işinə xitam verilməsi isə açıq şəkildə bu yanaşmaya uyğun gəlmir.

Qeyd edək ki, bu sənədin həqiqi olub-olmaması müəyyən edilməyib.





///Oxu.Azскачать dle 11.3
Mojo.az Banner