Mojo.az Banner
23:03 524 milyard dollar uğrunda mübarizə: Ukraynanı kim bərpa edəcək?  |     22:57 AMEA-nın vəzifəli şəxslərinə cinayət işi açıldı  |     22:51 Şagird dəm qazından boğulub öldü - Anasının vəziyyəti ağırdır  |     22:46 Dələduzluq etdi, aministiyaya düşdü  |     22:40 Gürcüstanda azərbaycanlı gəncin qətlində ittiham olunan şəxs Türkiyəyə qaçarkən saxlanıldı  |     22:32 "Nissan" satışları 30 ilin ən aşağı səviyyəsinə düşdü  |     22:27 Sənədsiz evlərə amnistiya tətbiq ediləcək?  |     22:19 İranda polisə hücum nəticəsində iki nəfər ölüb, daha 30 insan yaralanıb  |     22:13 Leyla Əliyeva Qusarda "Kənd Həyatı" layihəsinin qonağı olub - Video  |     22:03 Bakı metrosunda faciə: Sərnişin stansiya yoluna düşdü, həlak oldu  |     21:56 Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək  |     21:53 Bakıda qətl törədib meyitin hissələrini Ağsuya aparanlara ittiham elan edildi  |     21:45 Polkovnik Sənan Şahbəndəyev vəzifəsindən AZAD EDİLDİ (FOTO)  |     21:41 Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq  |     21:34 Bu bazarda ət məhsulları antisanitar şəraitdə satılırmış - Video  |     21:29 Ötən il xaricdə döyüşmüş 6 nəfər saxlanılıb  |     21:20 Bu kafedə nöqsanlar aşkarlandı  |     21:15 "Bəzi valideynlər uşaqları vaksinasiyadan yayındırırlar" - Nazirlik  |     21:06 Bank kartlarından pul oğurlayanlara ağır cəza verildi  |     21:01 Bu ölkə prezidentinə qarşı sui-qəsd cəhdinin qarşısı alındı  |    
Left Banner
Right Banner

Texnologiya milyarderləri 2025-ci ildə 16 milyard dollar nağdlaşdırıb

06.01.2026 19:07 135
Texnologiya milyarderləri 2025-ci ildə 16 milyard dollar nağdlaşdırıb
Süni intellekt dalğası ilə birja rekordları alt-üst olarkən, texnologiya dünyasının rəhbərləri də kağız üzərindəki sərvətlərini real pula çevirdi. Ceff Bezosdan Yensen Huana qədər nəhəng adların atdığı bu strateji addımların pərdəarxası məqamları diqqət çəkir.

Qaynarifno xəbər verir ki, texnologiya sektorunun aparıcı fiqurları üçün 2025-ci il təkcə yeni rekordların qeydə alındığı dövr deyil, eyni zamanda səhmlərin nağd pula çevrildiyi iri miqyaslı bir "məhsul yığımı” ili olub. Birjadakı texnologiya rallisi kağız üzərindəki sərvətləri sürətlə artırarkən, şirkətlərin başındakı şəxslər də bu fürsəti dəyərləndirib.

"Bloomberg”in paylaşdığı məlumatlara görə, sektorun aparıcı rəhbərləri il ərzində ümumilikdə 16 milyard dollardan artıq həcmdə səhm satışı həyata keçirib.

Bəs bu iri satış siyahısının önündə kimlər dayanır və proses necə baş verib?

Milyarderlər klubu satış yarışında

Siyahının zirvəsində "Amazon”un qurucusu Ceff Bezos yer alır. Bezos iyun və iyul aylarını əhatə edən qısa müddətdə 25 milyon səhm sataraq 5,7 milyard dollar gəlir əldə edib. Bu satışların onun Venesiyadakı toy hazırlıqları ilə eyni dövrə təsadüf etməsi də diqqət çəkən məqamlardandır. Onu 2,5 milyard dollarlıq satışla "Oracle” şirkətindən Safra Kats, 2,2 milyard dollarla isə Maykl Dell izləyib.

Süni intellekt çılğınlığının mərkəzində olan "Nvidia”nın icraçı direktoru Censen Huanq da bu dalğanı davam etdirənlər sırasındadır. Şirkətinin bazar dəyəri 5 trilyon dollar həddini aşan ilk müəssisə olarkən, Huanq bu müddətdə təxminən 1 milyard dollarlıq səhm satışı edib. Oxşar şəkildə, yüksək sürətli şəbəkə avadanlıqlarına tələbatın artması fonunda şəxsi sərvəti 6 milyard dolları keçən "Arista Networks”in icraçı direktoru Ceyşri Ullal da təxminən 1 milyard dollara yaxın satış həyata keçirib.

Satışlar təsadüfi deyil, planlı addımlardır

Bu iri məbləğlər ilk baxışda ani qərarlar təsiri bağışlasa da, əslində əksəriyyəti əvvəlcədən planlaşdırılmış strategiyalara əsaslanır. Yüksək vəzifəli rəhbərlər adətən aylar öncədən müəyyən etdikləri avtomatik ticarət planları çərçivəsində bu əməliyyatları icra edirlər. Məsələn, "Meta”nın rəhbəri Mark Zukerberq öz fondu vasitəsilə 945 milyon dollarlıq satış edib. "Palo Alto Networks”in icraçı direktoru Nikeş Arora və "Robinhood”un həmtəsisçisi Baiju Bhatt kimi adların hər biri isə 700 milyon dollardan artıq gəlir əldə edib.

Süni intellekt küləyi cibələri doldurdu

Bütün bu nağd axının əsas hərəkətverici qüvvəsi isə şübhəsiz ki, süni intellekt olub. İl ərzində investorların süni intellektə olan inamı və texnologiya səhmlərinə yönəlməsi qiymətlərin davamlı artmasına səbəb olub. Şirkətlərin bazar dəyərləri yüksəldikcə, daxildəki rəhbərlər də sahib olduqları səhmləri zirvəyə yaxın səviyyələrdə satmaq imkanı qazanıblar. 2025-ci il texnologiya nəhəngləri üçün təkcə innovasiyanın deyil, eyni zamanda maliyyə strategiyalarının da qalib gəldiyi il kimi tarixə düşüb.скачать dle 11.3