Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yüksəkvəzifəli şəxslərin qohumunun məhkəmə araşdırması yekunlaşıb

06.01.2026 16:52 495
Yüksəkvəzifəli şəxslərin qohumunun məhkəmə araşdırması yekunlaşıb
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarda hallanan yaxın qohumu İsa Əzizova Cinayət Məcəlləsinin "xuliqanlıq"la yanaşı, bir neçə digər maddəsi üzrə açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi kecirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda sənədlər tədqiq olunaraq istintaq materiallarına əlavə olunan videoçəkilişlər məhkəmə zalında nümayiş etdirilib.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilərək çıxış üçün söz prokurora verilsə də, buna hazır olmadığından məhkəmədən vaxt istəyib.

Növbəti proses yanvarın 13-nə təyin edilib.

Qeyd edək ki, İsa Əzizov 2025-ci ilin sentyabr ayında "Sea Breeze" istirahət mərkəzində xuliqanlıq zəminində hadisə törətməkdə təqsirləndirilir. İlkin olaraq onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılsa da, ibtidai istintaqın sonrakı mərhələsində əməlləri Cinayət Məcəlləsinin 126.2.1-ci (sağlamlığa qəsdən ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan narkotik maddələrin saxlanılması) maddələri ilə tövsif edilib.

Həmçinin qeyd olunur ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Azadlığa çıxdıqdan sonra, 2019-cu ildə Bakının mərkəzində baş verən silahlı insidentdə iştirak etdiyinə görə yenidən məsuliyyətə cəlb edilib. Həmin vaxt əməliyyatçılar onu polisə tabe olmağa çağırarkən o, bıçaqla hədə-qorxu gəlib.
//oxu.az

Son xəbərlər