Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobillərin evdə şarj edilməsinə görə cərimə varmı? – "Azərişıq"dan açıqlama

05.01.2026 22:22 432
Avtomobillərin evdə şarj edilməsinə görə cərimə varmı? –
Son günlər sosial şəbəkələrdə və bəzi platformalarda fərdi yaşayış evlərində hibrid və elektrik avtomobillərinin batareyalarının doldurulması üçün quraşdırılan elektrik şitlərinə (şarj stansiyası) görə vətəndaşlara “Azərişıq” ASC tərəfindən cərimələrin tətbiq olunacağı ilə bağlı iddialar yayılıb. İddialarda bildirilib ki, bu cür şitlər fiziki şəxslərin evlərində quraşdırılsa da onların rəsmiləşdirilməsi, texniki şərtin alınması vacibdir. Əks halda belə şitlərin quraşdırılması qanunsuz hesab ediləcək və aşkarlandığı halda mənzil sahibləri cərimələnəcəklər.
 
Sfera.az məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC-yə rəsmi sorğu ünvanlayıb.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, fərdi evlərdə elektrik və ya hibrid avtomobillərin doldurulması üçün ayrıca şitlərin quraşdırılmasına görə cərimə tətbiq olunması ilə bağlı hər hansı qərar, göstəriş və ya normativ sənəd mövcud deyil.

“Azərişıq”dan verilən açıqlamada vurğulanıb ki, hazırda bu mövzuda qurumun rəsmi mövqeyi və ya məhdudlaşdırıcı tələbi yoxdur və sosial mediada yayılan məlumatlar reallığı əks etdirmir.

Qeyd edilib ki, vətəndaşlar yalnız mövcud elektrik şəbəkəsindən istifadə zamanı təhlükəsizlik qaydalarına və texniki normalara riayət etməlidirlər. Elektrik avadanlıqlarının quraşdırılması zamanı şəbəkəyə həddindən artıq yüklənmə yaradılmaması və sayğacdan kənar qoşulmalara yol verilməməsi əsas şərt kimi göstərilib.скачать dle 11.3
Mojo.az Banner