Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

2026-cı ildə əmlak bazarında qiymət artımı davam edəcək? (Video)

05.01.2026 11:43 732
2026-cı ildə əmlak bazarında qiymət artımı davam edəcək? (Video)
İllərdir Bakıda daşınmaz əmlak bazarında davamlı qiymət artımları müşahidə olunurdu. Bəzi dövrlərdə bu artım illik 10, hətta 20 faizə qədər yüksəlirdi. Lakin ekspertlərin fikrincə, ötən ilin - yəni 2025-ci ilin ikinci yarısından etibarən bazar yeni mərhələyə keçib və durğunluq açıq şəkildə hiss olunur. Başqa sözlə, uzun illərdən sonra əmlak bazarında artım tendensiyasının dəyişdiyi müşahidə edilir.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda bazar real alqı-satqı əməliyyatlarından daha çox ipoteka kreditləri və tikinti şirkətlərinin daxili kredit mexanizmləri hesabına aktivliyini qoruyur.

Ekspert bildirib ki, paytaxtda aparılan söküntü işləri də tələbatın istiqamətini dəyişib. Artıq alıcı marağı mərkəzi ərazilərdən kənar zonalara yönəlib.

Mütəxəssislər qeyd edirlər ki, Bakının mərkəzində yeni tikililərin sayının azalması bazarda rəqabəti zəiflədib. Bu amil uzun illər ərzində qiymətlərin süni şəkildə yüksək səviyyədə qalmasına səbəb olub. Lakin alıcı marağının azalması bu modelin uzunmüddətli olmadığını göstərir.

Ekspertlərin proqnozlarına əsasən, 2026-cı ildə daşınmaz əmlak bazarında kəskin bahalaşma gözlənilmir.
скачать dle 11.3
Mojo.az Banner