Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı parkinq probleminin öhdəsindən necə gələcək? - Avtomobil sayı sürətlə artır

03.01.2026 23:00 675
Bakı parkinq probleminin öhdəsindən necə gələcək? - Avtomobil sayı sürətlə artır
Avtomobillərin sayının sürətlə artdığı bir dövrdə parklanma məsələsi şəhər həyatının ən aktual problemlərindən birinə çevrilib.

Mövcud parkinq siyasəti gələcək tələbatı qarşılaya biləcəkmi və bu sahədə hansı dəyişikliklərə ehtiyac var?

Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırkı parklanma sistemi ümumilikdə qənaətbəxş hesab oluna bilər.


Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu sahədə müəyyən nizam-intizamın formalaşdığı açıq şəkildə görünür.

“Baxmayaraq ki, parklanma ilə bağlı müəyyən çatışmazlıqlar mövcuddur, vətəndaşlardan avtomobillərin saxlanılması, cərimələr, yol xətlənməsi və nişanlanma ilə bağlı şikayətlər daxil olur, buna baxmayaraq mövcud sistem müsbət qiymətləndirilə bilər”.

Eldəniz Cəfərovun sözlərinə görə, parklanma ödənişlərinin qeyri-nağd formada həyata keçirilməsi hesabatlılığın və şəffaflığın artmasına səbəb olur.

“Bu yanaşma eyni zamanda parklanma nəzarətçilərinin sosial təminatının yaxşılaşdırılmasına xidmət edir”.

Ekspert əlavə edib ki, parklanma üzrə toplanan vəsait birbaşa müvafiq büdcəyə yönləndirilir və sonradan yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xərclənir. Bu isə uzunmüddətli perspektivdə şəhər nəqliyyatının daha səmərəli və dayanıqlı şəkildə idarə olunmasına imkan yaradır.скачать dle 11.3
Mojo.az Banner