Mojo.az Banner
20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |     18:30 Bazar günü hava necə olacaq?  |     18:24 Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artdı  |     18:15 Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Narkotikə görə tutulan şəxs azyaşlı qızına qarşı əxlaqsız hərəkətlər edirmiş

03.01.2026 17:07 438
Narkotikə görə tutulan şəxs azyaşlı qızına qarşı əxlaqsız hərəkətlər edirmiş
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan şəxsin daha ağır cinayətinin üstü açılıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu rayonu Buzovna qəsəbəsində saxlanılan 1995-ci il təvəllüdlü Şakir Səlimovun (ad-soyad şərtidir) telefonuna baxış keçirilərkən onun azyaşlı qıza qarşı etdiyi əxlaqsız hərəkətləri əks etdirən videolar üzə çıxıb.

Müəyyən edilib ki, narkotik aludəçisi olan şəxsin iyrənc hərəkətlər etdiyi qız onun 2020-ci il təvəllüdlü doğma övladıdır. Ş.Səlimovun 2024-2025-ci illərdə mütəmadi olaraq narkotikin təsiri altında əxlaqa sığmayan hərəkətlər etdiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə iş açılıb.

O, ifadəsində törətdiyi əməlləri etiraf edib. Həmin videoları narkotikin təsiri altında olarkən çəkdiyini deyib. Onun həyat yoldaşı isə baş verənlərdən xəbərsiz olduğunu, görüntülərin üzə çıxmasından sonra bunları bildiyini söyləyib.

Həmçinin vurğulanıb ki, Ş.Səlimov müharibə iştirakçısıdır. Müharibədən sonra parkların birində bağban işləyirmiş.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə ona 15 il həbs cəzası verilib. Hökmdə Şakir Səlimovun narkomaniyadan məcburi müalicəyə təyin olunması və narkoloji dispanserdə qeydiyyata alınması da qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner