Mojo.az Banner
17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Maduro Venesuelada fövqəladə vəziyyət elan etdi - Video (YENİLƏNİB)

03.01.2026 13:19 540
Maduro Venesuelada fövqəladə vəziyyət elan etdi - Video (YENİLƏNİB)
Venesuela prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə fərman imzalayıb.

Bu barədə Venesuela Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik həmçinin "imperialist təcavüzə" qalib gəlmək üçün xalqı səfərbər olmağa çağırıb.

Bəyanatda qeyd olunur ki, "Venesuela ABŞ-nin hazırkı hökuməti tərəfindən törədilən ağır hərbi təcavüzü beynəlxalq ictimaiyyət qarşısında rədd edir və pisləyir".

"Bu akt BMT Nizamnaməsinin, xüsusən də suverenliyə hörməti, dövlətlərin hüquqi bərabərliyini və güc tətbiqinin qadağan edilməsini təsbit edən 1 və 2-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Belə bir təcavüz beynəlxalq sülh və sabitliyi, xüsusən Latın Amerikası və Karib hövzəsini təhdid edir, milyonlarla insanın həyatını ciddi təhlükə altına qoyur", deyə məlumatda bildirilir.

Venesuela rəsmiləri hesab edirlər ki, ABŞ-ın əsas məqsədi ölkənin strateji resurslarını, xüsusən də neft və faydalı qazıntı yataqlarını ələ keçirməkdir:
"Buna nail ola bilməyəcəklər. İki yüz ildən artıq davam edən müstəqillikdən sonra xalq və onun qanuni hökuməti suverenliyin və öz taleyini müəyyən etmək hüququnun müdafiəsində sarsılmaz qalır", deyə XİN əmin edib.

Nazirlik ölkədəki bütün sosial və siyasi qüvvələri "səfərbərlik planlarını aktivləşdirməyə" çağırıb. Qeyd olunub ki, Prezident Maduro bütün ölkə ərazisində "xarici iğtişaşlar vəziyyəti" (estado de conmoción exterior) elan edilməsi haqqında fərman imzalayıb. Bu fərman aşağıdakıları nəzərdə tutur:

• Əhalinin hüquqlarının və respublika institutlarının fəaliyyətinin qorunması;
• Dərhal silahlı mübarizəyə keçid.

"Bu imperialist təcavüzə qalib gəlmək üçün bütün ölkə səfərbər olmalıdır", deyə bəyanatda vurğulanıb.

* * * * *

ABŞ Silahlı Qüvvələri Venesuela ərazisinə hava zərbələri endirməsi təsdiqlənib.

Bu barədə amerikalı rəsmilər "Fox News" telekanalına bildirib.

Öz növbəsində, "The New York Times" bildirib ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya zərbələr endirilməzdən əvvəl Mar-a-Laqoda milli təhlükəsizlik müşavirəsi keçirib.

Bu arada, "NBC News"un məlumatına görə, partlayışların baş verdiyi Karakas səmasında ən azı doqquz helikopter uçub. Telekanal qeyd edib ki, şəhərdə partlayışlar davam edir, uçan helikopterlərin səsi eşidilir.

* * * * *

Venesuelanın paytaxtı Karakasda güclü partlayış səsləri eşidilir, şəhər üzərində hava hücumundan müdafiə (HHM) sistemləri işləyir.

Median.Az
"Reuters”ə istinadla xəbər verir ki, şəhər üzərində ən azı bir tüstü sütunu görünür, iri hərbi bazanın yaxınlığında yerləşən cənub hissəsi isə elektrik enerjisiz qalıb.

* * * * *

Küçələrdə Venesuela zirehli texnikası görünüb, hərbi qüvvələr prezident sarayına doğru cəmləşir.

CBS News yazır ki, Tramp administrasiyasının nümayəndələri Karakas üzərindəki vertolyotlar və partlayışlar barədə xəbərlərdən "məlumatlı olduqlarını" bildiriblər.

"The New York Times”ın məlumatına görə, Vaşinqtondakı ABŞ Silahlı Qüvvələrinin rəsmisi partlayış xəbərlərini təsdiqləsə də, Amerikanın bu hadisələrdəki mümkün rolu barədə şərh verməkdən imtina edib.

Eyni zamanda sosial şəbəkələrdə Karakasa, ehtimal ki, "Tomahawk” raketləri ilə endirilən zərbələrin görüntüləri yayılır. Sky News Arabia telekanalı iddia edir ki, Venesuela müdafiə nazirinin iqamətgahı və paytaxtın limanı atəşə tutulub.
İlkin məlumatlara görə, ABŞ Karakas limanına və Karib dənizində çox sayda hərbi obyektin yerləşdiyi Marqarita adasına zərbələr endirir.

"Clash Report”un məlumatına görə, zərbələr şəhərin cənubuna – Fort-Tiuna rayonuna və generalissimus Fransisko de Miranda adına aviabazaya (La Karlota) dəyib. Həmçinin ölkənin şimalında, Varqas ştatındakı La-Quayra hərbi-dəniz bazası (donanma akademiyasının yerləşdiyi yer) də hədəf alınıb.
Şəbəkələrdə ABŞ-ın desant vertolyotlarının görüntüləri yayılmaqdadır. Öz növbəsində, Venesuela Hərbi Hava Qüvvələri Su-30MKV qırıcılarını həyəcanla havaya qaldırıb – onlara ABŞ təyyarə və vertolyotlarını önləmək (intercept) tapşırılıb.

Kolumbiya Prezidenti Qustavo Petro artıq hücuma reaksiya verib:

"Hazırda onlar Karakası bombalayırlar. Bütün dünyanın diqqətinə: onlar Venesuelaya hücum ediblər. Raketlərlə bombalayırlar. Amerika Dövlətləri Təşkilatı (OAS) və BMT dərhal toplanmalıdır", – deyə o bəyan edib.

ABŞ əməliyyatın başlanması barədə rəsmi şərh verməyib. Lakin bundan əvvəl ABŞ Prezidenti Donald Tramp prezident Nikolas Maduronun istefaya getməsi üçün təzyiqləri artıraraq (sanksiyaların genişləndirilməsi, hərbi mövcudluğun gücləndirilməsi və s.) Venesuelada yerüstü əməliyyatlar keçirəcəyini dəfələrlə vəd etmişdi.

* * * * *

Venesuelada atəş səsləri eşidilməkdə davam edir.

Median.Az
APA-ya istinadən xəbər verir ki, yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər.

Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.

* * * * *

Venesuelanın paytaxtı Karakasa 6 hava zərbəsi endirilib.

Median.Az
Modern.az-a istinadən xəbər verir ki, zərbələrin ABŞ-ın mümkün hücumu ilə bağlı ola biləcəyi deyilir.

Karakasdakı Fort Tiuna aviabazası və Generalissimus Francisko de Miranda aviabazası hücuma məruz qalıb.

Venesuelanın paytaxtı Karakas üzərində ABŞ desantını daşıyan çoxməqsədli CH-47 Chinook helikopterləri uçarkən müşahidə olunub.
скачать dle 11.3
Mojo.az Banner