Mojo.az Banner
14:10 Maqnit qasırğasının güclənəcəyi gözlənilir  |     12:57 Leyla Əliyeva Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindən paylaşım edib (Video)  |     12:36 Hikmət Hacıyev: "Biz Tramp Administrasiyasının tam dəstəyinə malikik"  |     12:35 Naxçıvan şəhərinin bir hissəsində su olmayacaq  |     12:34 Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?  |     12:33 KİV: Amerikalı aktyor Uill Smit cinsi təcavüzdə ittiham olunub  |     12:32 Məşhur Almaniya şirkətinin avtomobillərində ciddi qüsurlar aşkarlandı  |     12:31 "iPhone 17" smartfonlarında qeyri-adi problem tapıldı  |     12:30 Satışı qadağan olunan pirotexniki vasitələri haradan alırlar? (Video)  |     12:21 Arzu Əliyeva Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindən paylaşım edib - FOTO  |     12:19 Rusiyanın ötən il Ukrayna ərazisinin nə qədər hissəsini nəzarətə götürdüyü açıqlandı  |     12:18 Gənc qız dəm qazından boğularaq ölüb - FOTO  |     12:12 Bakıda aptekdə qalmaqal: əczaçı ilə qaraçılar arasında gərgin anlar - Video  |     12:04 Nailə Əkbərova vəfat etdi  |     11:49 Bakıda həkimlərin ölüm diaqnozu qoyduğu körpə yolda ayıldı  |     11:48 2026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq? (Video)  |     11:32 Göyçayda ikinci mərtəbədən yıxılan kişi ÖLDÜ  |     11:28 Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: Yağsız məhsullar əks təsir göstərə bilər  |     23:03 Bayramdan sonra necə qidalanmaq lazımdır? -Tövsiyə  |     22:57 Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur-XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Satışı qadağan olunan pirotexniki vasitələri haradan alırlar? (Video)

02.01.2026 12:30 174
Satışı qadağan olunan pirotexniki vasitələri haradan alırlar? (Video)
"Partladan satmırıq, satanı da tanımırıq". Bu cür yazılar bir neçə mağazanın qarşısında diqqət çəkir. Lakin buna baxmayaraq, hər il bayram ərəfəsində pirotexniki vasitələrin, şənlik fişənglərinin və digər partlayıcı məhsulların ölkə ərazisində müxtəlif yollarla satışına və istifadəsinə rast gəlinir.

Xüsusilə küçələrdə və yaşayış məhəllələrində pirotexniki vasitələrin səsi sakinlərin ciddi narahatlığına səbəb olur. Sakinlər bildirirlər ki, bayram günlərində bu cür vasitələrdən istifadə yolverilməzdir və insanların rahatlığı pozulur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin sözlərinə görə, pirotexniki vasitələr əsasən azyaşlılar tərəfindən istifadə edilir və bu da bir çox hallarda bədbəxt hadisələrlə nəticələnir. O qeyd edib ki, xüsusilə bayram günləri ərəfəsində çoxmənzilli yaşayış binalarının həyətlərində bu vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur.

Nazirlik rəsmisi bildirib ki, qanunvericiliyə əsasən pirotexniki vasitələr, eləcə də yüksək partlayıcılıq və tezalışan xüsusiyyətlərə malik məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir və onların satışı qanunla qadağandır. Bu cür hallar aşkar edildikdə məhsullar dərhal satışdan çıxarılır və məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

Araşdırmalar zamanı məlum olub ki, bəzi vətəndaşlar satışı qadağan olunan pirotexniki vasitələri əsasən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən satıcılardan əldə edirlər. Bu vasitələr gizli şəkildə və qanunsuz olaraq satılır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən, pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olan fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunurlar.
скачать dle 11.3