Göyçayda ikinci mərtəbədən yıxılan kişi ÖLDÜ
Hadisə Çayarxı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və bir gün sonra orada ölüb.
Məlum olub ki, S.Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək ikinci mərtəbənin eyvanından yıxılıb.
//oxu.az
