Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

600 milyon dollarlıq “Bitcoin” şifrəsini unutdu

01.01.2026 22:39 453
600 milyon dollarlıq “Bitcoin” şifrəsini unutdu
Kriptovalyuta dünyası bir gecədə qazanılan böyük sərvətləri qədər faciəli itkiləri ilə də məşhurdur. Bu yaxınlarda sosial mediada yenidən viral hala gələn Stefan Tomasın hekayəsi bu rəqəmsal faciələrin ən ekstremal nümunəsidir. 
 
San-Fransiskoda yaşayan alman əsilli proqramçı Stefan Tomasın 7002 Bitcoin saxlayan “IronKey” USB sürücüsü var. Lakin kiçik bir problem yaranıb: belə ki, o cəmi on cəhdi olan bu cihazın şifrəsini unudub və Tomas artıq bu cəhdlərdən səkkizini istifadə edib.
 
Tomas bu “Bitcoin”ləri 2011-ci ildə o dövrdə hələ körpəlik dövründə olan kriptovalyutalar haqqında maarifləndirici video hazırladığına görə mükafat olaraq almışdır.
 
O dövrdə bir neçə min dollar dəyərində olan bu pul kisəsi, “Bitcoin”in tarixi yüksəlişi sayəsində bu gün təxminən 600 milyon dollarlıq heyrətamiz bir sərvətə çevrilmişdir. Tomas şəxsi açarlarını hərbi dərəcəli təhlükəsizlik təklif edən “IronKey” sürücüsünə saxlasa da, şifrəsini yazdığı kağızı itirib. İndi bütün dünya Tomasın son iki cəhdindən istifadə edib-etməyəcəyini səbirsizliklə gözləyir.
 
Qeyd edək ki, “Bitcoin” dünyasında, ənənəvi bankçılıqdan fərqli olaraq, "müştəri xidməti" kimi bir anlayış yoxdur.
 
Şəxsi açar itirildikdə, onunla əlaqəli sərvət blokçeyndə əbədi olaraq kilidlənir. Tomasın vəziyyətini daha da mürəkkəbləşdirən şey isə “IronKey“ cihazının aparat quruluşudur. Bu sürücü onuncu uğursuz cəhddən sonra içindəki məlumatları birdəfəlik məhv etmək üçün hazırlanmışdır. Beləliklə, Tomas üçün "şansını sınamaq" milyonlarla dolların buxarlanmaq riski deməkdir.

İllərdir yuxusuz gecələri və itkisi ilə barışmağa çalışan Tomas indi daha möhkəm bir mövqe nümayiş etdirir.
 
“New York Times” qəzetinə verdiyi müsahibədə o, bir növ istefa verərək:
 
 "Zaman bütün yaraları sağaldır, mən bu vəziyyətlə barışmışam"-deyə bildirih. Lakin təhlükəsizlik riskləri və əvvəlki razılaşmalar səbəbindən "diski sındırmaq" təkliflərinə qarşı ehtiyatlıdır.

Tomasın vəziyyəti fərdi bir bədbəxtlikdən daha çox şey ifadə edir. “Chainalysis” məlumatlarına görə, dünyanın ümumi Bitcoin ehtiyatlarının təxminən 20%-i (təxminən 140 milyard dollar) açarların itirilməsi səbəbindən əlçatan deyil. Bu hekayə, dünyaya "öz bankın ol" fəlsəfəsinin təqdim etdiyi azadlıqla gələn böyük məsuliyyət və riski xatırladan bariz nümunədir.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner