Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

15 kiloqram narkotiklə yaxalanan şəxslərə HÖKM OXUNDU

30.12.2025 13:42 429
15 kiloqram narkotiklə yaxalanan şəxslərə HÖKM OXUNDU
15 kiloqram narkotik vasitə olan marixuana ilə yaxalanan şəxslərin işi üzrə məhkəmə prosesi keçirilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılıb.

Belə ki, Ramil Nuriyev və Murad Həmzəyev Bəhruz adlı İran vətəndaşı tərəfindən maddi maraq qarşılığında narkokuryerlik etməyə razılıq veriblər. Təqsirləndirilənlər külli miqdarda narkotik vasitəni əldə etmək, saxlamaq və daşımaq üçün qabaqcadan əlbir olan qrup şəklində hərəkət ediblər. Onlar 10-15 min manat qarşılığında əldə etdikləri narkotik vasitəni bildirilən ünvana çatdırmağa razılaşıblar.

R.Nuriyev və M.Həmzəyev daha sonra razılaşdırılan kimi Zəngilan rayonunun Bartaz kəndinin ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitələri daşımaq üçün 2 oktyabr 2024-cü il tarixdə "Hyundai ix35" minik avtomobilini icarəyə götürüblər. Onlar portal icazəsi olmadan işğaldan azad edilmiş ərazilərə keçə bilməyəcəklərini bildikləri üçün komendant postlarından maneəsiz keçmək üçün birlikdə özbaşına özlərini vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu kimi təqdim etmək qərarına gəliblər.

Təqsirləndirilənlər məqsədlə Şirvan şəhəri ərazisində yerləşən hərbi geyimlər satılan mağazadan özləri üçün Sərhəd Qoşunlarının hərbi qulluqçularına aid olan hərbi geyim formasını alaraq və Salyan rayonu, Qarabağlı kəndində Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsinin balansında olan MAZ markalı yük avtomobilinə aid iki ədəd hərbi qeydiyyat nömrə nişanını götürüblər.

Onlar Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində keçirilən əməliyyat zamanı saxlanılıblar.

Avtomobilə baxış zamanı ümumilikdə 14 770 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onlar Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək altı il altı ay müddətində azadlıqdan məhrum ediliblər.
//oxu.az

Son xəbərlər