Mojo.az Banner
21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |     20:50 Erməni konyakı yenə sərhəddə ilişib qaldı  |     20:45 Bakıda avtobus aşdı - VİDEO  |     20:28 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutuldu  |     20:23 Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar  |     20:15 Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi  |     20:09 144,9 ha ərazi minalardan təmizlənib  |     20:01 Azərbaycana 6 kq-dan artıq narkotik vasitə keçirmək istədilər  |     19:56 Rusiyada təyyarə qəzası - 8 zabit həlak oldu  |     19:48 Azad edilmiş ərazilərdə 230 hektar istixana yaradılacaq  |     19:43 Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı  |     19:37 Ağdamda yaşayanların sayı açıqlandı  |     19:30 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO  |     19:25 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO  |     19:16 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:11 "Şrek" ekranlara qayıdır - Tarix açıqlandı  |     19:04 Bacısı ona 15 bıçaq zərbəsi vuran qardaşını bağışladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şəxslərə uşağa görə hər ay 240 manat verilir - RƏSMİ

24.12.2025 21:17 786
Azərbaycanda bu şəxslərə uşağa görə hər ay 240 manat verilir - RƏSMİ
"Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirilməsi zamanı onların fikirləri, maraqları, etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, təhsili və tərbiyəsi üçün daha əlverişli şərait və yerləşdirmənin uşaq üçün təhlükəsizliyi nəzərə alınır".

Bu barədə Baku.ws-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib.

Qeyd edilib ki, eləcə də uşağın sağlamlıq vəziyyəti qiymətləndirilir. Uşaq səhiyyə müəssisələrində müvafiq tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti üzrə müəssisəyə yerləşdirilir:

"Uşağın yaşı, sağlamlıq vəziyyəti, istək və mənafeləri, bacarıqları və digər xüsusiyyətləri nəzərə alınmaqla fərdi inkişaf planı tərtib edilir. Fərdi inkişaf planında uşağın emosional və psixoloji vəziyyəti ilə əlaqədar tədbirlər də öz əksini tapır və sosial işçi tərəfindən uşaqlarla mütəmadi iş aparılır.

Uşaqların qohumlarına qəyyumluğa, himayəyə və qohum olan şəxslər olan himayədar ailəyə verilməsi imkanları araşdırılır, bu mümkün olmadıqda uşağın övladlığa verilməsi üçün prosesə başlanılır.

Övladlığagötürmə çərçivəsində valideyn himayəsindən məhrum olmuş sağlam uşaqlara görə aylıq 240 manat, 18 yaşınadək əlilliyi olan uşaqlara görə isə 600 manat məbləğində aylıq müavinət ödənilir. Həmin uşaqlar himayədar ailəyə yerləşdirildikdə isə sağlam uşağa görə aylıq ödəniş 355–395 manat, 18 yaşınadək əlilliyi olan uşağa görə isə 500–650 manat təşkil edir. Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyimin alınması üçün 200 manat məbləğində rüblük müavinət də təyin edilir".скачать dle 11.3
Mojo.az Banner