Mojo.az Banner
19:48 Azad edilmiş ərazilərdə 230 hektar istixana yaradılacaq  |     19:43 Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı  |     19:37 Ağdamda yaşayanların sayı açıqlandı  |     19:30 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO  |     19:25 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO  |     19:16 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:11 "Şrek" ekranlara qayıdır - Tarix açıqlandı  |     19:04 Bacısı ona 15 bıçaq zərbəsi vuran qardaşını bağışladı  |     18:54 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi  |     18:41 Bakıda iti binadan atan şəxs həbs edildi  |     18:30 Bakıdakı böyük oyuna doğru: Çexiya klubuna ayrılan yerlərin sayı açıqlandı  |     18:21 Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır  |     18:08 Bakıda məktəbli qətlə yetirildi, sinif yoldaşı saxlanıldı  |     17:44 Leysan, dolu və qar gözlənilir - Xəbərdarlıq  |     17:36 Bakıda kişi arvadını dişlədi, tava ilə döydü  |     17:28 Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?  |     17:09 Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA  |     17:01 Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir  |     16:51 Azərbaycanda əlavə iş yerləri yaradılacaq  |     16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək

24.12.2025 19:09 312
Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 29 dekabr – 4 yanvar tarixlərində Azərbaycanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Median.Az
bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərlərarası və rayonlararası marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsi, kassalarda tariflərə uyğun olaraq biletlərin qanunamüvafiq qaydada satışı, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş hərəkət cədvəlinə ciddi riayət olunması barədə tapşırıqlar verilib.

Bayram ərəfəsində və bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Bu məqsədlə AYNA-nın əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, eyni zamanda, digər şəhər və rayonların avtovağzal və avtostansiyalarına təhkim ediləcəklər.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Biletləri avtovağzal və avtostansiyaların kassalarından, həmçinin "biletim.az" portalından onlayn qaydada əldə etmək mümkündür. Hazırda "biletim.az" portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 347 reys olmaqla 395 nəqliyyat vasitəsi qoşulub.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.скачать dle 11.3
Mojo.az Banner