Mojo.az Banner
15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda vəkilin intizam məsuliyyətinə cəlb edilmə qaydaları dəyişir

20.12.2025 17:16 381
Naxçıvanda vəkilin intizam məsuliyyətinə cəlb edilmə qaydaları dəyişir
Naxçıvanda vəkillərin intizam məsuliyyətinə cəlb edilmə qaydalarında dəyişiklik edilir.

Bu, “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda o, intizam məsuliyyətinə cəlb ediləcək.

Həmçinin, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən bir il (hazırkı müddət 6 aydır), törədildiyi gündən isə iki il (hazırkı müddət 1 ildir) müddətində tətbiq edilə biləcək.

Bununla yanaşı, vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən 3 ay müddətində vəkilin iştirakı ilə araşdırma aparacaq və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edəcək. Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət üç ayadək uzadıla biləcək.

Bundan əlavə, vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə biləcək:

- xəbərdarlıq;

- töhmət;

- üzvlük haqqının 10 misli həcmində cərimə;

- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununundə göstərilən korrupsiya ilə əlaqədar hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;

- vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.

Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri rəhbər tutulacaq.

Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatı başlanılmayacaq və ya başlanılmış icraata xitam veriləcək.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə qərarından bir ay müddətində məhkəməyə şikayət verilə biləcək.скачать dle 11.3
Mojo.az Banner