Mojo.az Banner
11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda su hövzələrinin körpə balıq buraxılışına ehtiyacı açıqlanıb

19.12.2025 19:10 810
Azərbaycanda su hövzələrinin körpə balıq buraxılışına ehtiyacı açıqlanıb
Mütəxəssislərin hesablamalarına əsasən, Azərbaycanın balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə hər il daxili su hövzələrinə təxminən 6–12 milyon ədəd, Xəzər dənizinə isə 11–23 milyon ədəd körpə balıq buraxmasına ehtiyac var.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.

"2026-cı il üzrə ov kvotalarının müəyyən edilməsi məqsədilə ekspedisiyanın nəticəsi əsasında tərtib edilmiş hesabatlar təhlil edilib, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun rəyi nəzərə alınmaqla Nazirlər Kabinetinə təqdim olunub. Bu il ümumi su hövzələrinin bioloji ehtiyatlarını artırmaq məqsədilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində müvafiq tədbirlər həyata keçirilib və təbii mühitə müxtəlif növ balıq buraxılışları təmin olunub. İl ərzində təbii mühitə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb.

2026–2028-ci illər üçün əsas hədəflər və planlaşdırılan tədbirlər çərçivəsində mövcud balıqartırma müəssisələrinin istehsal gücünün artırılması nəzərdə tutulur. Planlanan tədbirlərin nəticəsi olaraq illik körpə nərəcinsli balıq buraxılışının 1 milyon ədədə çatdırılması hədəflənir. Həmçinin proqnoz göstəricilərinə əsasən, gələn il 1 milyon ədəd kütüm (Rutilus kutum), 2 milyon ədəd çəkikimilər (Cypriniformes) buraxılışı nəzərdə tutulur", - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner