Mojo.az Banner
21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |     19:42 Qobustanda "Hyundai" dirəyə çırpıldı, sürücü öldü  |     19:37 Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər (VİDEO)  |     19:29 Bu dərmanı içənləri 20 il sonra təhlükə gözləyir – Professordan XƏBƏRDARLIQ  |     19:24 İstidə idman edənlərə xəbərdarlıq  |     19:16 Bu səhvi edənlər yayda daha çox kommunal ödəniş edir  |     19:11 Pulu evdə bu yerlərdə gizlətməyin  |     19:03 Həm tox saxlayır, həm çəki artırmır: 9 sağlam qida  |     18:58 Bakı kəndlərində minlərlə ailə bu sudan istifadə edir – XƏBƏRDARLIQ!  |     18:51 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib  |     18:46 Avropada meşə yanğınlarının vurduğu ziyan açıqlandı  |     18:40 Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu  |     18:31 Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı  |     18:26 Girişi pullu edilən Ramramay şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - VİDEO  |    
Left Banner
Right Banner

Sabah Bakıda hava yağmursuz keçəcək

16.12.2025 15:55 354
Sabah Bakıda hava yağmursuz keçəcək
Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.скачать dle 11.3
Mojo.az Banner