Messinin Hindistan səfərinin təşkilatçısı saxlanıldı
Median.Az TASS-a istinadən xəbər verir ki, şəhərin polis baş müfəttişi Raciv Kumar onun həbs olunduğunu açıqlayıb.
"Əsas təşkilatçı Satadra Duttanı saxladıq. Bu tədbirin düzgün təşkil edilməməsinin cəzasız qalmaması üçün tədbirlər görürük", - deyə o bildirib.
Kumarın sözlərinə görə, təşkilatçı satılan biletlərin pulunu geri qaytarmaq barədə yazılı öhdəlik götürüb.
