Mojo.az Banner
21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |     20:53 Taksi biznesi vədi ilə 375 min manatlıq dələduzluq  |     20:48 "Dərsliklərin dili ağır və akademikdir" - Təhsil eksperti  |     20:41 Fiziki süni intellektə "eşitmə" qabiliyyəti qazandırmaq üçün 18 milyon dollar toplandı  |     20:36 İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? (VİDEO)  |     20:27 Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?  |     20:22 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO  |     20:14 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır!  |     20:09 Yaşıllıqlara 40 min manata yaxın ziyan vuruldu  |     20:02 Bakı Dəmiryol Vağzalında Milli Musiqi Günü münasibətilə fleşmob keçirildi - VİDEO  |     19:56 Bakıda avtobus həyətin girişində qaldı - VİDEO  |     19:51 FIFA Qavinin cəzası ilə bağlı qərar verdi  |     19:43 Pakistanda bomba yüklü maşın məscidə çırpılıb - Ölənlər var  |     19:37 Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb  |     19:30 Şənbə günü hava necə olacaq?  |     19:24 Azərbaycanda fermerlər üçün yeni maliyyə aləti tətbiq ediləcək  |     19:15 Polşadan Azərbaycana qarşı təxribat - VİDEO  |     19:10 Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq  |     19:03 Makron bahalaşan benzin qiymətlərindən danışdı  |     18:45 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstanda körpələri satan mütəşəkkil cinayətkar dəstə aşkarlandı

12.12.2025 12:33 744
Qazaxıstanda körpələri satan mütəşəkkil cinayətkar dəstə aşkarlandı
Qazaxıstan hüquq-mühafizə orqanları yeni doğulmuş körpələrin ticarəti ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar qrup aşkarlayıb.

Bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, təşkilatçılar gənc qadınların çətin vəziyyətindən sui-istifadə edərək onları uşaqlarını müəyyən ödəniş müqabilində üçüncü tərəflərə təhvil verməyə məcbur ediblər.

Daxili İşlər Nazirliyi qrupun bütün üzvlərinin saxlanıldığını qeyd edib. Araşdırma çərçivəsində 20-dən çox cinayət işi açılıb. Şübhəliləri əmlakları müsadirə olunmaqla 18 ilədək həbs cəzası gözləyir.скачать dle 11.3
Mojo.az Banner