Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qardaşlarını 24 bıçaqla qətlə yetirən şəxsi kafedə öldürdülər: Yevlaxdakı cinayətin TƏFƏRRÜATI

11.12.2025 12:47 669
Qardaşlarını 24 bıçaqla qətlə yetirən şəxsi kafedə öldürdülər: Yevlaxdakı cinayətin TƏFƏRRÜATI
Yevlaxda qardaşının qatilini öldürməkdə təqsirləndirilən Habil Kərimov və qardaşı Akif Kərimovun barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Habil Kərimov 11 il, Akif Kərimov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama əsasən, 2009-cu ildə Yevlax sakini Səlim Məmmədov (soyadı şərtidir) mübahisə zamanı qohumu Bəhruz Kərimovu 24 bıçaq zərbəsi ilə qətlə yetirib. Həmin cinayətə görə məhkəmənin hökmü ilə Səlim Məmmədov 14 il azadlıqdan məhrum edilib. O, 2023-cü ildə cəzasını tam çəkərək azadlığa buraxılıb və evinə qayıdıb.

Bəhruz Kərimovun qardaşları Habil və Akif Səlimə xəbər göndərərək kəndi tərk etməsini və bir daha bu ərazidə yaşamamasını tələb ediblər. Səlim bir müddət başqa yerdə yaşasa da, 2024-cü ildə yenidən kəndə qayıdıb - Habil və Akif onun geri döndüyünü öyrəniblər.

Hadisə günü qardaşlar kənd ərazisində yerləşən kafedə olarkən Səlim qəflətən həmin kafeyə gəlib. Bunu görən Akif ona yaxınlaşaraq kafedən çıxmasını tələb edib. Lakin Səlim bu tələbi yerinə yetirməyib. Bundan sonra Habil və Akif ona hücum edərək bıçaqla qətlə yetiriblər.

Faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşlar saxlanılıblar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
//oxu.az

Son xəbərlər