Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Üç aydır küçədə yaşayan qadın: "Həyat yoldaşım və bacım evin açarını əlimdən alıblar" (Video)

11.12.2025 12:41 1 053
Üç aydır küçədə yaşayan qadın:
Bəzən binaların söhbətgahlarında, bəzən isə zirzəmilərində yaşayır…

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, 50 yaşlı qadın paytaxtın Suraxanı rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində müvəqqəti sığınacaq tapıb.

Ətrafdakı sakinlər onun kimsəsiz olduğunu və artıq üç aydır küçədə qaldığını bildiriblər.

Telekanal əməkdaşları məsələnin mahiyyətini öyrənmək üçün həmin ünvana yollanıblar.

50 yaşlı Rəna Məmmədova fikrini dolğun şəkildə ifadə etməkdə çətinlik çəksə də, onun dediklərindən belə anlaşıldı ki, həyat yoldaşı və bacısı evinin açarını əlindən alıb və onu üç aydır evə buraxmırlar.

Müsahibin sözlərinə görə, əvvəllər ailəsi ilə hər hansı problemi olmayıb. Lakin yaranmış problemin səbəblərindən danışsa da, təfərrüatı açıqlamaq istəmir.

Üç aydır parklarda gecələyən Rəna Məmmədovaya ərazidə yaşayan sakinlər imkanları daxilində kömək edirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.скачать dle 11.3
Mojo.az Banner