Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Kartof fri, dönər, burger: Ən zərərli "fast food"ların siyahısı

10.12.2025 19:46 582
Kartof fri, dönər, burger: Ən zərərli
"Fast food"lar müasir həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilib. Sürətli hazırlanması, əlçatan qiyməti və dad müxtəlifliyi səbəbindən demək olar ki, bütün ölkələrdə geniş yayılıb. 
 
Mütəxəsislərin fikrincə, "fast food"ların bəziləri zərərlidir və onlardan zəhərlənmə ehtimalı yüksəkdir. 
 
Qida eksperti Fərid Səfərov sfera.az-a açıqlamasında bildirib ki, "ən zərərli "fast food"lar" dedikdə iki məqama diqqət yetirmək lazımdır:
 
"Tərkibinə görə sağlamlığa ziyan vuranlar və hazırlanma şəraiti, eləcə də saxlama qaydasına görə zəhərlənmə riski yaradan qidalar. 

Tərkibinə görə ən zərərli "fast food"lar yüksək trans yağlarla, duz, şəkər və emal olunmuş ət məhsulları ilə zəngin olanlardır. 

Hazırlanmasına görə, zərərli qidalar uzun müddət qızardılan kartof "fri", dönər (çox yağlı hissə), soğan halqaları, toyuq parçalarıdır. Onlar həm yüksək kaloriyə, həm də oksidləşmiş yağlara sahib olur. Belə qidalar ürək xəstəlikləri riskini artırır. 

Çoxqatlı burgerlər və "hot-doq"lar, kolbasa və sosiska ilə hazırlanan qidalar, çox yağlı pendir və sous kombinləri, çoxlu duz və restoran pizzaları da bağırsaq problemi, xolesterin artımı  və daha ciddi problemlərə yol aça bilir".
 
Ekspert deyib ki, qidaların saxlanması vəziyyəti zəhərlənmə riskini artıran digər bir səbəbdir. Onun sözlərinə görə, çiy tərəvəzlə hazırlanan sendviçlər və salatlar, açıq şəkildə satılan salatlar, qatıqlı, mayonezli souslar, təkrar isidilən ət və pizzalar, kabab tipli küçə qidalarının istehlakı risklidir.скачать dle 11.3
Mojo.az Banner