Mojo.az Banner
16:08 Nazirdən qərar: Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi  |     15:53 Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır  |     15:13 Azərbaycanla Ekvador arasında viza tələbi LƏĞV EDİLDİ  |     14:46 Hövsanda evlər sökülür - Kompensasiya veriləcək  |     14:33 Universitetlərdə diplomlar bu ildən elektron veriləcək  |     14:31 Kasım-Jomart Tokayev İlham Əliyevə təşəkkür etdi  |     14:14 "Demokratiya TV"nin rəhbəri həbs edildi  |     14:05 Pirşağıda dənizdə qadın batıb  |     13:19 Yer kürəsində maqnit qasırğası bürüyəcək  |     13:18 Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?  |     13:15 Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay türk xalqlarının yüksəlişi üçün böyük tarixi hadisə idi"  |     13:04 Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     12:57 Venesuelada zəlzələ qurbanlarının sayı 1 450 nəfərə çatdı  |     12:48 Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər  |     12:45 Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI  |     12:44 Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ (Video)  |     12:43 Venesuelada zəlzələdən 4 gün sonra ata və oğlu sağ tapıldı  |     12:39 Leyla Əliyeva və Alyona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO  |     12:29 XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"  |     12:08 Azərbaycanda buğdanın yeni tədarük QİYMƏTİ MÜƏYYƏN EDİLDİ  |    
Left Banner
Right Banner

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025 22:47 450
Böyük satışda balans dəyişir:
“Netflix”in ötən həftə “Warner Bros.” satış prosesindən qalib çıxdığını elan etməsi sektorda böyük təəccüb yaradıb. Bu vəziyyətə ən sərt reaksiya verənlərdən biri isə təklifi rədd edilən “Paramount” olub. Şirkət bu məğlubiyyəti səssizcə qəbul etməyə hazır deyil.

“Paramount Skydance”ın baş direktoru Devid Ellison Hollivud səhnəsinə sürətli giriş edib. “Skydance”in ilin əvvəlində “Paramount”u 8 milyard dollara devralmasından sonra sektorda güc balansını dəyişdirən Ellison bu səhər CNBC-yə açıqlamasında studiyanın “Warner Bros.” investorlarına birbaşa təkliflə müraciət edəcəyini təsdiqləyib.

Məlumata görə, “Netflix” hər səhm üçün təxminən 28 dollar təklif edib və ümumilikdə 83 milyard dollarlıq razılaşma əldə olunub. “Paramount” isə səhm başına 30 dollar təklif etməklə bu rəqəmi üstələyir. Bu isə ümumilikdə 108 milyard dollarlıq satınalma deməkdir.

Lakin iki təklif arasındakı fərq yalnız məbləğdə deyil. “Netflix” sadəcə “Warner Bros.”un kino və televiziya studiyalarını, yayım infrastrukturunu və oyun bölmələrini almağı hədəfləyir. “Paramount”un 108 milyard dollarlıq təklifi isə bütün “Warner Bros. Discovery” şirkətinin tamamını əhatə edir.

Ellison CNBC-yə açıqlamasında “Bura başladığımız işi bitirmək üçün gəldik” deyərək niyyətlərini açıq şəkildə ifadə edib.

Bu təklif, “Paramount”un “Warner Bros.”un satış prosesini açıq şəkildə tənqid etməsindən sonra gəlib. Şirkət rəhbərliyi prosesi “Netflix”in xeyrinə yönləndirməkdə ittiham edir. “Paramount Skydance” ilin əvvəlindən bəri “Warner Bros.”u aqressiv şəkildə almağa çalışırdı.

Ellison, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə olan əvvəlki əlaqələrinin “Paramount”un təklifini gücləndirdiyini iddia edir. O, CNBC-yə açıqlamasında prezidentlə əla danışıqlar apardıqlarını. bildirib. “Paramount” özünün “Netflix”dən daha kiçik bir şirkət olması səbəbilə hüquqi təsdiq prosesində daha az maneə ilə qarşılaşacağını irəli sürür. Ellison ailəsinin Tramp ilə yaxın münasibətləri bu prosesə təsir göstərə biləcək mühüm amil kimi dəyərləndirilir.

ABŞ prezidenti də həftəsonu verdiyi açıqlamalarda “Netflix” - “Warner Bros.” razılaşmasının əhəmiyyətli hüquqi çətinliklərlə üzləşə biləcəyini bildirib. O, bazar payının artmasının “problem yarada biləcəyini” vurğulayıb.

“Paramount”un “Warner Bros.”u satın alması halında ən çox müzakirə olunan məqamlardan biri şirkətin ölkənin iki ən təsirli xəbər qurumu — CNN və CBS-ə nəzarət edəcək olmasıdır. Tramp administrasiyasına açıq dəstək verdiyi bilinən bir rəhbərliyin bu iki media qurumunu idarə etməsi hökumətin ictimai rəyə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırmış ola bilər. Bundan əlavə, hər nə qədər “Netflix”lə bağlı narahatlıqlar qədər ciddi olmasa da, belə bir anlaşma antitrest risklərini də gündəmə gətirir.

Ellison ailəsinin hüquqi maneələri aşmaq üçün Tramp administrasiyası ilə təmas qurmağa hazır olması fonunda bu narahatlıqların nə dərəcədə təsirli olacağı hələlik aydın deyil. Bütün bu qeyri-müəyyənliklər fonunda həm “Warner Bros.”un, həm də ümumilikdə Hollivudun gələcəyi hələ də qaranlıq görünür.
//valyuta.azскачать dle 11.3
Mojo.az Banner