Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: "Şamaxının 10 kəndində su problemi kritik vəziyyətdədir"

02.12.2025 18:45 807
Deputat:
Şamaxının 30-a yaxın kəndində su problemi var, 10 kənddə isə vəziyyət kritikdir.

Bunu Milli Məclisin deputatı Tamam Cəfərova parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, hazırda Şamaxının bir nömrəli problemi su problemidir: "Qlobal iqlim dəyişiklikləri, eləcə də əhalinin sayının və tələbatının artması nəticəsində dünyanın əksər regionlarında içməli və suvarma suyu ilə bağlı problemlər kəskinləşib. Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycanda su təchizatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılıb, çox mühüm işlər görülüb".

Deputat qeyd edib ki, Şamaxı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində də kifayət qədər işlər görülüb: "Şamaxı şəhərinin su təchizatı tamamilə həll olunub. Bununla yanaşı, Şamaxının 30-a yaxın kəndində su problemləri bu gün hələ də qalmaqdadır. Buradan Baş nazirdən, hökumət nümayəndələrindən xahiş edirəm ki, bu kəndlərdən 10-unda vəziyyət daha kritikdir. Xahiş edirəm ki, gələn ilin dövlət büdcəsində bu kəndlərin bir neçəsinin su təchizatının yaxşılaşıdırlmasının maliyyələşməsi imkanına baxılsın".скачать dle 11.3
Mojo.az Banner