Mojo.az Banner
23:25 Kruiz gəmisində yeni virus yayılıb: 100-dən çox insan yoluxub  |     23:06 Putin Zelenski ilə görüş ehtimalından danışdı  |     22:57 Hüquqşünas: Eyni peşəkarlıq səviyyəsinə malik şəxslər bərabər maaş almalıdırlar - Video  |     22:49 "Ukrayna heç vaxt müqavilə bağlaya bilməyib" - Lavrov  |     22:12 Bərdədə soğanın qiyməti əkinçilərin "gözünü yaşardır": 30 kilosu 2 manata...  |     21:58 Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - Video  |     21:54 Həkim alkoqol asılılığının gizli əlamətləri barədə xəbərdarlıq etdi  |     21:48 Xırdalanda ağacları kim və niyə kəsir? (VİDEO)  |     21:44 İran futbol üzrə dünya çempionatı ilə bağlı şərtlərini açıqladı  |     21:21 Macarıstanda yeni Baş nazir seçildi - Orban dövrü bitdi  |     21:13 Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq  |     20:50 "Mançester Yunayted" "Sanderlend"lə heç-heçə etdi  |     20:36 Gəncədə zavod ərazisində YANĞIN  |     20:29 Xamenei üç yerdən yaralanıbmış - İran ilk dəfə açıqladı  |     20:23 Azərbaycanda DƏHŞƏT: Uşaq bağçasının həyətində meyit tapıldı  |     20:07 Trampdan hantavirus açıqlaması  |     20:01 BMT-dən XƏBƏRDARLIQ: Dünyada ərzaq böhranı yaranır  |     19:47 Yollarla bağlı xəbərdarlıq  |     19:39 Həmin görüntülərə görə üzr istədi –Video  |     19:33 Azərbaycanlı qadın Almaniyada İTKİN DÜŞDÜ  |    
Left Banner
Right Banner

Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıya hökm oxunub

02.12.2025 11:29 456
Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıya hökm oxunub
Rusiya-Ukrayna müharibəsində iştirak edən əslən Tovuz rayonundan olan İsmayıl Buludxan oğlu Həsənovun işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.az-ın məlumatına görə, İ.Həsənov Rusiya Federasiyasında törətdiyi cinayət əməllərinə görə 12 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Ona tətbiq edilən 12 il müddətə azadlıqdan məhrumetmə cəzasının 8 il 6 ay hissəsini çəkib, qalan 3 il 6 ay hissəsini Azərbaycan Respublikasında çəkmək üçün iki dəfə müraciət etsə də, imtina cavabı alıb. 19 noyabr 2022-ci il tarixdə "Vaqner" silahlı qruplaşmasının rəhbəri onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə gələrək məhkumlarla görüşüb, onlara Rusiya-Ukrayna müharibəsində altı ay müddətində iştirak etməyi təklif edib. Qarşılığında həmin müddət bitdikdən sonra hər bir məhkuma 91 100 rubl məbləğində pul vəsaiti, azadlıq və Rusiya Federasiyası vətəndaşlığı veriləcəyini vəd edib. Onlar müharibədə iştirak etməyə razılaşmış məhkumları 25 noyabr 2022-ci il tarixdə Rostov şəhərinə aparıblar.

İ.Həsənov bildirib ki, O, Rostov şəhərində "Vaqner" silahlı qruplaşması ilə yazılı müqavilə imzalayıb. Daha sonra Ukraynanın Luqansk vilayətinə aparılıb. Luqansk vilayətində onlara məlum olmayan ərazidə 14 gün müxtəlif silahlardan istifadə və müharibə ilə bağlı digər hərbi təlimlər keçirilib. Ukrayna hərbiçiləri ilə üzbəüz döyüşlərdə heç zaman olmayıb, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqınlar etməyib. Onun əsas iştirakı Rusiya Federasiyasının ölən və yaralanan hərbiçilərini döyüş bölgəsindən təxliyə etmək olub.

25 may 2023-cü ildə altı ay müddət bitdikdən sonra onu Rusiya Federasiyasının Rostov şəhəri ilə həmsərhəd ərazisinə aparıblar. Orada "Vaqner" silahlı qruplaşmasının üzvləri ona 91 100 rubl məbləğində pul vəsaiti (təxminən 15-16 min manat), həmçinin müharibədə iştirakına görə medal və fəxri fərman təqdim ediblər. O, Rusiya Federasiyasının Rostov şəhərinə aparılaraq oradan sərbəst buraxılıb. O, sərbəst buraxılan zaman "Vaqner" silahlı qruplaşması tərəfindən məhkumların hər birinə sadə mobil telefon və Rusiya mobil operatoruna məxsus sim-kart verilib. Rusiya Federasiyasında olduğu dövrdə "Vaqner" silahlı qruplaşmasının rəhbərliyi ona zəng edərək aylıq 25 000 rubl (o dövr üçün təxminən 1 000 manat) müqabilində Ukrayna, Mali və Suriya dövlətlərində muzdlu döyüşçü kimi iştirak etməyi təklif edib, o isə artıq muzdlu döyüşçü kimi heç bir ölkədə döyüşmək niyyətinin olmadığını bildirib. Müharibədən qayıtdıqdan sonra Rusiya Federasiyasının vətəndaşlığını əldə edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İsmayıl Həsənov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.скачать dle 11.3
Mojo.az Banner