Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

"Erməniyə 12 xal verməyimə peşman deyiləm" - Samirə Əfəndi (Video)

25.11.2025 12:57 3 237
Müğənni Samirə Əfəndi "Silk Way Star" beynəlxalq musiqi layihəsində erməni iştirakçı Saro Gevorqyana 12 xal verməsinə görə tənqid edilməsindən danışıb.

"Tarixin bir günü" proqramına gələn sənətçi atdığı addıma görə peşman olmadığını deyib:

"Peşman olmadım etdiyimə görə. Onun haqqına dəfələrlə girmişdim. Finalda layiq olduğunu etdim. Musiqiçi kimi baxıram. Siyasətçi deyiləm ki, durub orada düşmənçilik edim. Ora düşmənçilik etməyə getməmişəm. Mən ölkəmi nüfuzdan salmamalıyam. 8 bal verəndə o, dedi ki, bilirəm niyə edirsiniz... Amma gələcək karyerama xələl yetirirsiniz. Bir qazi qızı, general nəvəsi və bu ölkənin vətəndaşı olduğum üçün düşünürəm ki, gələcək biz gənclərin əlindədir. Amma istəyirəm gələcək nəslimiz merhibançılıq, sülh içində yaşasınlar. İstəmirəm gənclər əlində silahla cəbhəyə getsin. Xalı bilərəkdən vermişəm. Finala qalan iştirakçılar buna layiq idi".скачать dle 11.3
Mojo.az Banner