Mojo.az Banner
17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |     15:58 Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm  |     14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |     13:22 Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video  |     13:20 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Mehriban Xanlarova DİN-ə müraciət etdi

19.11.2025 20:17 696
Mehriban Xanlarova DİN-ə müraciət etdi
Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, o şəxsi instaqram hesabında aparıcı ARB TV-də yayımlanan "Günə Uğurla" verilişinin aparıcısı Yalçın Uğurla bağlı post paylaşıb.

Xanlarova onu icazəsi olmadan ailə həyatını əhatə edən məlumatları efirdə müzakirə mövzusuna çevriməkdə ittiham edib.

Aktrisa instaqramda bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb:

"Hörmətli cənab Nazir,

ARB Televiziya kanalında yayımlanan "Günə Uğurla" adlı verilişdə, aparıcı Yalçın Uğur tərəfindən mənim icazəm və razılığım olmadan ailə həyatımı əhatə edən məlumatlar efirə çıxarılmış, müzakirə mövzusuna çevrilmişdir.

Qeyd olunan yayım, ailə həyatına hörmət hüququmu kobud şəkildə pozmuş, həm mənim, həm də ailə üzvlərimin mənəvi rahatlığına ciddi mənada zərər vurmuşdur.

Mövcud qanunvericiliyə əsasən media qurumlarının şəxsi həyat barəsində məlumatları maraqlı tərəfin yazılı və yaxud açıq razılığı olmadan ictimailəşdirməsi qəti şəkildə qadağandır.Bu səbəbdən, məsələ ilə bağlı: göstərilən hüquq pozuntusunun araşdırılmasını, ARB televiziyasının və veriliş aparıcısının məsuliyyətə cəlb olunmasını, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün hüquqi tədbirlərin görülməsini xahiş edirəm. Ailəmin və şəxsi həyatımın reytinq məqsədilə müzakirə predmetinə çevrilməsi qəbuledilməzdir və mən bu məsələnin hüquqi müstəvidə izləyicisi olacağam".скачать dle 11.3
Mojo.az Banner