Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvan şəhərinə istilik verilib

18.11.2025 19:36 348
Naxçıvan şəhərinə istilik verilib
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi abonentlərin istiliklə təchizatına start verib.

2025-2026-cı illərin qış mövsümünə hazırlıqla əlaqədar bütün qazanxanalara baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenilənib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub. İstilik şəbəkələrinin, ictimai yaşayış binalarının aşağı paylama və daxili istilik sisteminin yenidən qurulması ilə əlaqədar kompleks tədbirlər həyata keçirilib.

Qazanxanalarda və xətt təsərrüfatlarında baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə, inzibati və ictimai yaşayış binalarının istiliklə etibarlı təmin olunmasına hərtərəfli şərait yaradılıb. Artıq bütün obyektlərin istiliklə təminatına start verilib.

Hazırda Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş, 39 fərdi qazanxana vasitəsilə 172 yaşayış binası, eləcə də 7 min 300-ə yaxın mənzil və 400-ə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir. Mövcud inzibati və çoxmənzilli yaşayış binalarının istilik sisteminin yenidən qurulması ilə əlaqədar olaraq istilik şəbəkəsi ildən-ilə genişləndirilir, müasir texnoloji avadanlıqlar istifadəyə verilibdir.

Son xəbərlər