Mojo.az — elanlar
RU
Bakı
RU
Son Xəbərlər
19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəbli oğluna maşın verən ata HƏBS EDİLDİ

18.11.2025 17:17 420
Məktəbli oğluna maşın verən ata HƏBS EDİLDİ
Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmamış övladına avtomobil sürməyə icazə verən və digər xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb olunub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Şərur rayonunun Yengicə kəndində qeydə alınıb.

Belə ki, polis əməkdaşları kənd məktəbinin qarşısında xidmətdə olarkən 2009-cu il təvəllüdlü yeniyetmənin VAZ-2107 markalı avtomobil sürdüyünü müşahidə ediblər. Onlar sürücülük hüququ olmayan məktəblini saxlayıblar. Bu zaman yeniyetmə atasına zəng edərək maşının saxlanması barədə məlumat verib.

Bundan bir neçə dəqiqə sonra 16 yaşlı oğlanın atası hadisə yerinə gəlib və oğlunun sürdüyü maşının saxlanmasına sərt etiraz edib, həmçinin digər xuliqanlıq hərəkətləri törədib.

Polis əməkdaşları 39 yaşlı şəxsi saxlayaraq şöbəyə dəvət ediblər. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib olunaraq, məhkəməyə göndərilib.

Şərur Rayon Məhkəməsinin qərarı ilə vətəndaşa 6 sutka inzibati həbs verilib.

Son xəbərlər