Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda kirayə ev axtaran qadın və qızı basqına məruz qaldılar

06.11.2025 17:07 576
Sumqayıtda kirayə ev axtaran qadın və qızı basqına məruz qaldılar
Sumqayıtda kirayə ev axtaran ana və qızı qarət ediliblər.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin 76-cı məhəlləsində baş verib.

1999-cu il təvəllüdlü Pərviz Əmirov (adı və soyadı şərtidir) valideynlərindən ayrılıb şəhər ərazisindəki kafedə işləyib. O, kafe sahibi və ofisiantlara kömək edərək, obyektdəki stulların düzülməsinə yardım edib, əvəzində isə gündəlik yeməyini pulsuz yeyirmiş.

Bir müddət əvvəl şəhər sakinləri olan Dilarə Aydınova və qızı Sumqayıt şəhərində kirayə mənzil axtararkən həmin kafeyə gəliblər. Kafedə onları Pərviz qarşılayıb və kirayə ev tapa biləcəyini bildirib. Qadın və qızı Pərvizlə birlikdə kafedən çıxıb şəhərin 76-cı məhəlləsinə gəliblər. Pərviz bir qapını döyərək, guya həmin evin kirayə verildiyini bildirib. Bu vaxt Dilarə və qızı evin hasarının yanında oturub, Pərvizin evi kirayə danışmasını gözləyiblər. Qadın əlindəki torbasını yerə qoyarkən, Pərviz həmin torbanın içərisində pul olduğunu görüb. O, qadına nəsə soruşmaq adı ilə yaxınlaşıb, torbanı götürüb və hadisə yerindən qaçıb.

Qadın qızı ilə birlikdə Pərvizin olduğu kafeyə gələrək, başına gələnləri kafe sahibinə danışıb. Kafe sahibi Pərvizə zəng vuraraq, qadının kafedə olduğunu və pulu gətirəcəyi təqdirdə polisə şikayət etməyəcəyini bildirib. Pərviz isə kafe sahibinə dostu İlkin Qurbanovun evində olduğunu bildirib.

Bir neçə dəqiqədən sonra kafe sahibi, zərərçəkmiş qadın və ev sahibi İlkin Qurbanov polis əməkdaşları ilə birlikdə evə gəliblər, Pərviz saxlanılıb. Məlum olub ki, Pərvizin oğurladığı torbanın içərisində qadına məxsus 4 500 manat olub.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı qadın təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə Pərviz Əmirova 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib.

Son xəbərlər