Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Narkoloji testlər və profilaktik nəzarət yollarda insan həyatının təminatıdır

05.11.2025 12:59 885
Narkoloji testlər və profilaktik nəzarət yollarda insan həyatının təminatıdır
Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunması ağır nəticəli yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Bu hallar həm spirtli içkinin, həm də narkotik və psixotrop maddələrin təsiri altında baş verir.

Aparılmış təhlillər göstərir ki, bu ilin 9 ayı ərzində sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə baş verən 6 qəzada 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Ötən ilin eyni dövründə sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə isə 17 qəzada 8 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Hadisələrdə ölüm və xəsarətlərin azalma təsnifatına görə diqqət çəkən məqam ondan ibarətdir ki, il ərzində DYP əməkdaşları tərəfindən respublika ərazisində sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 9 407 fakt aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 621 fakt çoxdur. Bu statistika 9 407 potensial təhlükənin, ölüm və xəsarətin qabaqlayıcı tədbiridir ki, həmin sərxoş sürücülər hərəkətdən kənarlaşdırılıb.

Faktlar göstərir ki, profilaktik nəzarətin gücləndirilməsi, DYP əməkdaşlarının xidmət rejiminin artırılması və narkoloji testlərin tətbiqi qanun pozuntularının vaxtında müəyyən edilməsində mühüm rol oynayıb. Davranışlarında şübhə doğuran sürücülərdə aparılan narkoloji və tibbi müayinələr onların vəziyyətinin operativ qiymətləndirilməsinə və potensial təhlükələrin qarşısının alınmasına yönəlib.

Yollarda hadisələr təkcə ölümlə yekunlaşmır, sürücülərin, sərnişinlərin və piyadaların xəsarət almaları, sağlamlıqlarını və əmək qabiliyyətlərini itirmələri faktları ömürlük məhrumiyyətlərə, yatağa düçar olmalarına səbəb olur. Bu il 905 yol-nəqliyyat hadisəsində xəsarət alan 757 nəfərdən 147-si ömürlük sağlamlığını itirib. Onlar artıq heç vaxt əvvəlki kimi danışa, hərəkət edə bilməyəcəklər. Bu insanların böyük əksəriyyəti ailə başçısıdır, gənclərdir. Bu ağırlığın dərəcəsini hər kəs anlamalı, yollarda qaydalara əməl etməlidir ki, insan həyatı, sağlamlığı puç olmasın və başqalarının həyatı məhv olmasın.

Bu hadisələrin baş verməməsi üçün narkoloji testlər, təşkil olunan profilaktik reydlər, gücləndirilmiş xidmət rejimi və radar sistemləri ictimai təhlükəsizliyin ön xəttidir. Bu tədbirlər nəticəsində təkcə inzibati pozuntular aşkarlanmır, həm də yüzlərlə faciənin qarşısı alınır. Əgər 10 ayda sərxoş vəziyyətdə sükan arxasında 9 407 sürücü müəyyən edilərək aşkarlanıbsa, bu təkcə inzibati qayda pozuntusu deyil, digər insanların həyatı üçün real təhlükə göstəricisidir.

Sürücülər sükan arxasında yalnız tam ayıq vəziyyətdə olmalı, yol hərəkəti qaydalarına əməl etməli, özlərinin və başqalarının təhlükəsizliyini təmin etməlidirlər.скачать dle 11.3
Mojo.az Banner