Mojo.az — elanlar
Son Xəbərlər
22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Gürcüstan və Ukraynaya yemiş satışını bərpa edib

23.10.2025 19:37 675
Azərbaycan Gürcüstan və Ukraynaya yemiş satışını bərpa edib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 645,3 min ABŞ dolları dəyərində 1 045 ton yemiş ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 5,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 313,75 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çox) 414,2 ton (+3 dəfə), Gürcüstana 256,4 min ABŞ dolları dəyərində 515,9 ton, Ukraynaya 66,6 min ABŞ dolları dəyərində 113,9 ton və Səudiyyə Ərəbistanına 8,5 min ABŞ dolları dəyərində (-87 %) 1 ton (-83 %) məhsul satıb.

Azərbaycan 1 il 10 aylıq aradan sonra Gürcüstana, 1 il 9 aylıq fasilənin ardından isə Ukraynaya yemiş tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 195 ton yemişin 71 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər