Mojo.az Banner
23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |     22:03 Liftdən istifadə ömrümüzü qısaldır  |     21:58 Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab  |     21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |     21:30 "Bu, qatarlar arasında intervalı azaldacaq"  |     21:25 Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb  |     21:18 Qriqoryan həbs edilmək üçün saxlanıldı  |     21:11 “Şəfa” fransalı futbolçunu heyətinə qatdı  |     21:05 Azyaşlılar üçün ingilis dili imtahanına qeydiyyat başladı  |     20:39 Rusiya Ermənistana şərt qoydu  |     20:33 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı  |     20:13 Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Oyun başladı - CANLI YAYIM  |     20:02 Kəlbəcərdə mina partladı: Xəsarət alan var  |    
Left Banner
Right Banner

ABŞ Senatı hökumətin maliyyələşməsi haqqında qanun layihəsini yenə qəbul etməyib

23.10.2025 19:03 741
ABŞ Senatı hökumətin maliyyələşməsi haqqında qanun layihəsini yenə qəbul etməyib
ABŞ Konqresinin Senatı oktyabrın 22-də son həftələr ərzində artıq on ikinci dəfə Respublikaçılar tərəfindən irəli sürülmüş və federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsini təmin etməyə yönəlmiş qanun layihəsini rədd edib. Hazırda hökumətin fəaliyyəti qismən dayandırılıb.

Qərarın qəbul edildiyi iclası C-SPAN telekanalı yayımlayıb.

Prosedur səsvermə zamanı respublikaçılar tərəfindən hazırlanmış və əvvəlcə Nümayəndələr Palatasında təsdiqlənmiş sənədi Konqresin yuxarı palatasının 54 üzvü dəstəkləyib, 46 nəfər isə əleyhinə səs verib. Qanun layihəsinin təsdiqlənməsi üçün 60 senatorun səsi tələb olunur.

ABŞ Prezidenti Donald Tramp əvvəllər Konqresdə Demokratların tezliklə adıçəkilən sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib. Demokratlar tərəfindən təqdim edilmiş hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi haqqında qanun layihəsini Senat daha əvvəl ən azı yeddi dəfə rədd edib.

ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətinin qismən dayandırması oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla, bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Demokratlar və Respublikaçılar bir-birlərini şatdauna təhrikdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.скачать dle 11.3
Mojo.az Banner