Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Arvadının sosial şəbəkə səhifəsində narkotiki təbliğ edən bloqer həbs olundu

23.10.2025 15:47 516
Arvadının sosial şəbəkə səhifəsində narkotiki təbliğ edən bloqer həbs olundu
"TikTok" sosial şəbəkəsində həyat yoldaşına məxsus səhifədə narkotik vasitəni təbliğ edən video yayan bloqer həbs edilib.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü, fərdi əmək fəaliyyəti ilə məşğul olan Hüseynov Elşad Etibar oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib olunub.

Məlum olub ki, Elşad Hüseynov 12 oktyabr 2025-ci il tarixdə həyat yoldaşı ilə birgə narkotik vasitənin təbliğ olunduğu qlobal trend videosunu çəkib və xanımının "TikTok" səhifəsində paylaşıb.

Elşad Hüseynov məhkəmədə videonu çəkərkən onun narkotik vasitələrdən istifadənin təbliği məqsədi daşımasından xəbərsiz olduğunu, sadəcə qlobal trend videosu olduğunu düşündüyünü, bloqer olduqları üçün trendə qatılmaq məqsədi ilə çəkib paylaşdığını deyib. O, əməlindən səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Məhkəmənin hökmü ilə Elşad Hüseynov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 gün həbs edilib.скачать dle 11.3
Mojo.az Banner