Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tibb bacısı xəstənin qızıllarını OĞURLADI

23.10.2025 14:33 504
Bakıda tibb bacısı xəstənin qızıllarını OĞURLADI
Bakıda tibb bacısı xidmət göstərdiyi vətəndaşın evini qarət edib.

Median.Az
Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsinin Q. Vəzirov küçəsində qeydə alınıb.

Yaşadığı məhəllədə tibb bacısı kimi xidmət göstərən 36 yaşlı Nərmin Mustafayeva (ad və soyad şərtidir) zərərçəkənin evində olarkən qızılları harada gizlətdiyini görüb:

"Pərvanə cərrahi əməliyyat olunduğu üçün ona sistem qoşurdum. Bir dəfə gördüm ki, o, 2 boyunbağısını şalvarının cibinə qoyaraq, şkafda gizlətdi. Növbəti dəfə sistem qoşmağa gedəndə Pərvanənin evinin qapısı açıq idi. Səslədim, qızı çıxdı, o anasını qonşudan çağırmağa getdi. Bu zaman otağa girdim və həmin qızılları götürdüm. Səhəri günü lombardda 750 manata satdım. Pərvanə zəng edib qızılları oğurladığımı deyəndə, pulunu qaytaracağımı bildirdim. Ancaq ona dəyən ziyanı ödəyə bilmədim".

Nərmin əməlindən peşman olduğunu deyib və himayəsində azyaşlı övladı olmasının nəzərə alınmasını xahiş edib.

İttiham aktında göstərilir ki, oğurlanan təxminən 10 qrama yaxın qızılın ümumi dəyəri 1200 manat təşkil edib.

Bu əməlinə görə, Nərminin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (evə qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsi ilə cinayət işi başlanıb.

Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Mustafayeva barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner