Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi |
Mojo.az Avto
Mojo.az Avto

Belçika ABŞ-dən "F-35" qırıcılarının ilk partiyasını alıb

17.10.2025 18:08 564
Belçika ABŞ-dən
Belçika 2018-ci ildə ABŞ-yə sifariş etdiyi ilk üç "F-35" qırıcı-bombardmançı təyyarəsini aldığını bildirib.

Bu barədə məlumatı NATO-nun mətbuat xidməti yayıb.

Xəbərdə deyilir: "Belçika ilk "F-35" təyyarələrini qarşıladı. Belçika pilotları Floren aviabazasından ilk uçuşlarını həyata keçirdilər".

NATO-dan bildiriblər ki, bu təyyarələr Alyansın hava məkanını daha yaxşı qorumağa imkan verəcək.

Belçika 2018-ci ildə ABŞ-yə ümumən 35 "F-35" qırıcısı sifariş edib və daha 10 belə təyyarə almağı planlaşdırır. Bunlar Belçika Hərbi Hava Qüvvələrinin cəbbəxanasındakı təxminən 200 ədəd "F-16" təyyarəsini əvəz edəcək.

Belçika mediasının yazdığına görə, hazırda ölkədə təqribən 40 ədəd "F-16" təyyarəsi döyüşə yararlı vəziyyətdədir.

Son xəbərlər