Mojo.az — elanlar
Son Xəbərlər
22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Saray qəbirstanlığında güldan oğurluğu

15.10.2025 21:11 606
Saray qəbirstanlığında güldan oğurluğu
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən "Saray" MTK-nın inşa etdiyi yaşayış kompleksində oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, kompleksdə yaşayış binalarının birindən 1004 manat dəyərində 10 top elektrik naqili oğurlanıb.

Əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. İlkin dindirmə zamanı Mahir Göyüşov (şərti) əməlini etiraf edib. Bundan başqa, məlum olub ki, o, Saray qəsəbəsində yerləşən fərdi evlərdən birinin qarajından dəyəri 1200 manat təşkil edən elektrik naqilləri və Saray qəsəbəsindəki yeni qəbirstanlıqdan ümumi dəyəri 900 manat olan mərmərdən hazırlanmış güldan oğurlayıb.

Mahir Göyüşova Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Mahir Göyüşovun məhkməyə verdiyi ifadə ilə ibtidai istintaqda verdiyi ifadələr arasında ziddiyyətlər ortaya çıxıb. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi hər üç hadisəni özünün törətdiyini desə də, məhkəmədə yalnız bir epizod özünü təqsirli bilib. Mahir Göyüşov iddia edib ki, digər oğruluq hadisələrindən xəbəri yoxdur.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, məhkəmə iclas zalında həbs edilib.

Son xəbərlər