Mojo.az Banner
22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |     21:55 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi  |     21:50 Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub  |     21:42 Prezident təqaüdçüləri ailə qurur  |     21:36 Universitetdə təmir işləri görərkən qəfil öldü  |     21:31 Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO  |     21:24 Qaradağda oğurluq edən şəxs saxlanıldı  |     21:19 İrəvana uçmalı olan təyyarə yararsız imiş  |     21:11 Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb  |     21:04 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər tutuldu  |     20:58 “Sevgi evi”nin sahibi yenidən həbs olundu  |     20:51 Rəmişin Qarabağ qazisi olan qardaşı vəfat etdi - FOTO  |     20:46 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:41 Sabah hava necə olacaq?  |     20:36 Bu içkilər mədə xərçəngi riskini artırır  |     20:22 Azərbaycan bu il nə qədər qızıl ixrac edib? - İqtisadçı açıqladı  |     20:14 Uşaqları əlindən alınan ana övladlarına qovuşdu  |     20:09 "Xalq 11" lizinq şirkəti vətəndaşdan xəbərsiz avtomobilləri satışa çıxardı - VİDEO  |     20:01 Azərbaycan Bolqarıstana pomidor tədarük etməyə başlayıb  |     19:56 Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində işçinin maaşı yarıbayarı kəsildi - Video  |    
Left Banner
Right Banner

Azərbaycanda orta aylıq əmək haqqı 1093 manat oldu

11.10.2025 20:02 633
Azərbaycanda orta aylıq əmək haqqı 1093 manat oldu
2025-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1764,9 min nəfər olub.

Bu barrədə Dövlət Statistika Komitəi (DSK) məlumat yayıb.

Bildirilib ki, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,0 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.скачать dle 11.3
Mojo.az Banner