Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

“Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir"

01.10.2025 15:48 585
“Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir
Milli Məclisin dünən keçirilən iclasında deputat Siyavuş Novruzov xəstəxana xərcləri ilə bağlı narazılığını bildirib. O qeyd edib ki, xəstəxanada qalmaq qiyməti bəzən otel qiyməti ilə eyni olur və çox vaxt əməliyyat xərclərini də ötüb keçir. Deputat həmçinin apteklərdə pulsuz dərmanların paylanmasında ciddi problemlərin olduğunu vurğulayıb.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı AZXEBER.COM-a bildirib ki, Azərbaycanın səhiyyə sistemində uzun illərdir ciddi problemlər mövcuddur:

"Bu problemlər fundamental xarakter daşıyır və köklü səbəblərə dayanır. Son dövrlərdə isə vəziyyət daha da qarışıq hal alıb. Hazırda səhiyyə sahəsində üç ayrı qurum fəaliyyət göstərir: Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi. İnsanlar hansı xəstəxananın kimə tabe olduğunu, kimdən hansı xidməti ala biləcəyini tam başa düşmür. Pasiyentlər hüquqlarını bilmədiyi üçün bundan bəzi xəstəxanalar və klinikalar sui-istifadə edir. Tibbi xidmətlərə görə əsassız ödənişlər tələb olunur, dərmanlar düzgün paylanmır. Apteklərdə də vəziyyət ürəkaçan deyil. Dərmanlar keyfiyyətsiz və baha olur. Məsələn, Azərbaycanda 5 manat olan dərman xarici ölkələrdə 1 AZN-dir”.
 
 

Ekspert deyib ki, sığorta sistemində də problemlər var:

"Sığorta sistemində də nöqsanlar çoxdur. Növbələr çoxdur, vətəndaşlar əlavə xərclərlə üzləşirlər. Xəstəxanada qalmaq isə həddindən artıq bahalıdır. Halbuki, tibbi xidmətlər simvolik ödənişli və ya pulsuz olmalıdır. Təəssüf ki, səhiyyəyə sosial sistem kimi yox, kommersiya sahəsi kimi yanaşılır”.

Sosioloq qeyd edib ki, həkim məsuliyyətsizliyi də ciddi narazılıq doğurur:

"Bəzi həkimlər xəstəyə çox məsuliyyətsiz yanaşır. Çox vaxt insanlar xarici ölkələrə – Türkiyə, Rusiya, Gürcüstan və ya İrana gedərək daha ucuz və keyfiyyətli tibbi xidmət alırlar. Bu isə ölkə səhiyyəsinin böhran vəziyyətində olduğunu göstərir.
Xəstəxanaların şəraiti də qənaətbəxş deyil. Avadanlıqlar köhnədir, laborator analizlər dəqiqlikdən uzaqdır. Bir çox hallarda Azərbaycanda qoyulan diaqnoz xaricdə təsdiqlənmir”.

E.Bayramlı problemlərin həlli barədə də danışıb. O qeyd edib ki, ilk növbədə səhiyyə sistemində parçalanmaya son qoyulmalı, vahid dövlət orqanı yaradılmalıdır:

"Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir. Bütün xəstəxanalar və tibbi müəssisələr bir mərkəzdən idarə olunmalıdır. Tibbi xidmətlərin qiyməti və dərmanların satışı dövlət tərəfindən ciddi şəkildə tənzimlənməli, qanunsuz pul yığımı və sui-istifadəyə görə məsuliyyət tətbiq edilməlidir. Çünki sağlamlıq olmadan nə təhsil, nə elm, nə də iqtisadi inkişaf mümkündür”.

Son xəbərlər