Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Firad Əliyevə yüksək vəzifə verildi

19.09.2025 15:42 948
Firad Əliyevə yüksək vəzifə verildi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev tutduğu vəzifədən azad olunub.

O, Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunub.

Onun yerinə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub. Samir Əzimzadə Hərbi Prokurorluğun əməkdaşıdır.

Yeni hərbi prokuror Bəhruz Əhmədovun rəhbərliyi ilə Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları uğurla həyata keçirilir, nəzəri bilik və peşə hazırlığı, şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslərin yüksək vəzifələrə təyinatı təmin edilir və bu proseslər davamlı hal alıb.

Qeyd edək ki, bir müddət əvvəl daxili işlər nazirinin müavini, Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Hərbi Prokurorluq arasında ictimai əlaqələrin təmin edilməsində və informasiya əməkdaşlığı fəaliyyətində fərqləndiyinə görə baş ədliyyə müşaviri Firad Əliyevi "Daxili Qoşunlar Fərmanı" ilə təltif edib.

Xatırladaq ki, Firad Əliyevi 26 iyun 2024-cü il tarixdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə və 14 avqust 2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə, Azərbaycan Respublikasının baş prokuroru, l dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev isə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə xidməti vəzifələrini nümunəvi icra etdiyinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif ediblər.

Məlumat üçün vurğulayaq ki, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci ildə, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək, universitet rəhbərliyi tərəfindən "Hüquq fakültəsinin ən nümunəvi məzunu" adına layiq görülüb. 12 aprel 2005-ci il tarixdən prokurorluq orqanlarında qulluq keçir və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif şəkildə təltif olunub, o cümlədən ona "ədliyyə müşaviri" və "baş ədliyyə müşaviri" rütbələri vaxtından əvvəl verilib.скачать dle 11.3

Son xəbərlər