Mojo.az Banner
17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəb direktorunun pul yığması iddiası ilə bağlı araşdırma aparılacaq

19.09.2025 13:34 930
Məktəb direktorunun pul yığması iddiası ilə bağlı araşdırma aparılacaq
"Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun pul yığması iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq".

Median.Az
xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, "mən də burada qulam, pul almışam, yaxşı eləmişəm" kimi sözlərdən istifadə edir.скачать dle 11.3
Mojo.az Banner